Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Kiyevdə yeniyetmələr iki azərbaycanlını döydü

Kiyevdə yeniyetmələr iki azərbaycanlını döydü

İyulun 21-də axşam saatlarında Kiyevin Dmitriyevski küçəsində səkkiz nəfər yetkinlik yaşına çatmayan şəxs iki Azərbaycan vətəndaşını döyüblər.

“Report” xəbər verir ki, bu barədə Facebook sosial şəbəkəsindəki səhifəsində Kiyev şəhər sovetinin deputatı Yelena Eskina yazıb.

“Quldurluq hadisəsi baş verib (bu barədə mənə polis bildirib). Hazırda təcili yardım maşını gəlib. Hadisə yerinə istintaq qrupu cəlb olunub.

Mənim gözümün qabağında 16-17-i yaşlı yeniyetmələrin ciblərindən biz və bıçaqlar çıxarılır. İndi zərərçəkmiş xarici vətəndaşlarla (azərbaycanlılardır) danışıram. Deyirlər ki, içində sənədləri olan paketi oğurlayıblar (Azərbaycan vətəndaşının pasportu, Ukraynada yaşamaq hüququ verən sənəd, Ukrayna vətəndaşı olan qadınla nigaha girmək haqqında şəhadatnamə) və qiymətli əşyalar (telefon, nasos) və qida məhsullarının olduğu çanta qarətçilər tərəfindən əllərindən alınıb “,- deputat yazır.

Xanım deputat hadisənin araşdırılmasını şəxsi nəzarəti altına almağı vəd edib.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın