Cümə axşamı , May 23 2019
Ana səhifə / Araşdırma / Kiyevdə deputatı güllələyən erməni qardaşlar imiş…

Kiyevdə deputatı güllələyən erməni qardaşlar imiş…

Erməni qardaşlar Kiyev vilayətinin Slavutiç şəhərinin deputatı Anatoli Qladçenkoya pnevmatik tapançadan atəş açıblar.

“Report” xarici informasiya vasitələrinə istinadən xəbər verir ki, bu haqda onun deputat həmkarı Aleksandr Demidov məlumat yayıb.

A.Demidov deyib ki, həmkarına pnevmatik tapançadan iki dəfə atəş açılıb. Xəstəxanaya yerləşdirilmiş deputatın vəziyyəti ağırdır.

Anatoli Qladçenko “UDAR” Partiyasından (Kiyevin meri Vitali Kliçkonun başçılıq etdiyi partiya) deputat seçilib. O, Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçə qarşı keçirilən “Avromaydan” hərəkatının fəal iştirakçılarındandır.

Basqınçılar üç nəfər olub. Onlardan ikisi – Artyom və Arman Xaçatryan adlı erməni qardaşlardır.

*     *      * 09:03

Ukraynada Slavutiç şəhər Sovetinin deputatı, UDAR partiyasını təmsil edən Anatoli Qladçenko silahlı hücuma məruz qalıb.

APA-nın Ukrayna mətbuatına verdiyi məlumata görə, deputat ağır vəziyyətdə Kiyev xəstəxanalarının birinə çatdırılıb. Onun tezliklə əməliyyat olunacağı bildirilir.

Qeyd olunur ki, naməlum şəxs yaxın məsafədən travmatik tapançadan A.Qladçenkonun üz nahiyəsinə iki dəfə atəş açıb.

Həmçinin oxuyun

Gürcüstanda yaşayan azərbaycanlıların 68%-i işsiz olduğunu deyib

Gürcüstanda rəyi soruşulan azərbaycanlı respondentlərin 68%-i özünü işsiz hesab edir. Bu barədə ABŞ-ın Milli Demokratiya …

Bir cavab yazın