Böyük Britaniyada aparılan araşdırmaya görə, kirayəçilər ev sahiblərindən daha tez qocalır.
Cebhe.info Britaniya mətbuatına istinadən xəbər verir ki, araşdırmaya görə, kirayəçi olmağın bioloji yaşa təsiri işsizlikdən təxminən iki dəfə çoxdur.
Tədqiqatçılar Böyük Britaniyanın Ev Təsərrüfatı Tədqiqatının məlumatlarını, həmçinin Böyük Britaniya və avstraliyalılardan ibarət bir qrup tərəfindən aparılan tədqiqatda 1500-ə yaxın iştirakçının sağlamlıq məlumatları və qan nümunələrini araşdırıblar.
Tədqiqat iştirakçıların təxminən 10 illik yaşayış şəraiti və bioloji yaş məlumatlarını təhlil edilib.
Nəticələr icarədar olan şəxslərin bioloji yaşlarının daha sürətli irəlilədiyini göstərib. Üstəlik, kirayəçi olmağın bioloji yaşa təsirinin işsizlikdən təxminən iki dəfə çox olduğu aşkar edilib.