Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / “Kediciklər”in gizli yazışmaları ortaya çıxıb

“Kediciklər”in gizli yazışmaları ortaya çıxıb

Yazışmalarda Adnan Oktarın kod adı “yazar” olub

İstanbul Cümhuriyyət Baş Prokurorluğu Adnan Oktar və qrupuna yönəlmiş istintaq çərçivəsində şübhəlilərdən ələ keçirilən digital materiallar üzərindəki araşdırmanın bir qismibu yekunlaşdırıb.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, araşdırma nəticəsində təşkilat üzvlərinin daxili yazışmalarında bir-biri barəsində nəsə yazarkən kod adından istifadə etdiyi üzə çıxıb.

Məsələn, təşkilat daxili yazışmalarda Adnan Oktar haqda “yazar”, silah və silahlı üzvlər haqda “kompüter”, təşkilatın Oktar Babuna, Cihat Gündoğdu kimi qabaqcıl, yüksək instansiyadakı üzvləri haqda isə “kuzenlər” deyə bəhs edildiyi ortaya çıxıb.

Yenə Hüma Babuna və Aylin Atmacadan ələ keçirilən materialların araşdırılmasında isə təşkilata aid vəqfin tədbirinə dəvət ediləcək iş adamları, bürokratlar, siyasətcilər və sənətçilərin siyahısı, eləcə də mövzusu məlum olmayan görüş tələblərini özündə əks etdirən sənədlərin ortaya çıxdığı müəyyənləşib.

“Vətən” qəzetindən Elif Altının xəbərinə görə, Oktardan sonra təşkilatın ikinci adamı olduğu iddia edilən Didem Ürerin isə üçüncü bir şəxslə keçirdiyi bir görüşdə ona özünü FETÖ-nün bağlanan yayım orqanı olan Rota Xəbərdə yazarı kimi təqdim etdiyi üzə çıxıb.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …