Ana səhifə / Araşdırma / Keçmiş polis gənc oğlanı öldürərək Almaniyaya qaçıb

Keçmiş polis gənc oğlanı öldürərək Almaniyaya qaçıb

Salyan rayonunda bir il əvvəl itkin düşən şəxsin meyiti tapılıb. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, ötən ilin noyabr ayında itkin düşdüyü bildirilən 26 yaşlı Qasımov Elçin Mirqələm oğlunun meyiti rayon sakini Cavadov Rövşən Cavad oğlunun həyətində aşkarlanıb.
Rövşən Cavadovun keçmiş polis əməkdaşı olduğu bildirilir.
Salyan rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, daxil olan məlumat əsasında həyata keçirilən araşdırmalar zamanı qətlin rayon sakini Rövşən Cavadov tərəfindən törədilməsi müəyyən edilib. Bildirilib ki, R. Cavadov E. Qasımovu öldürdükdən sonra onu öz həyətində basdırıb və ölkəni tərk edib.
Hazırda onun xarici ölkələrdən birində gizləndiyi bildirilir.
Faktla bağlı Rövşən Cavadovun həyat yoldaşı Nazənin Cavadova və qızı polis tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
R. Cavadov Salyan rayon bələdiyyəsinin keçmiş sədr müavini Rafiq Cavadovun qardaşıdır.
Meyit hazırda Salyan rayon morqunda müayinə edilir.

Qeyd edək ki, Rövşən Cavadovun arvadı Nazənin Sahib qızı Cavadova əvvəllər 59 saylı Salyan seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü olub.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun APA-ya verdiyi məlumata görə, faktla bağlı dərhal  Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Meyitin şəxsiyyətinin dəqiqləşdirilməsi və cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilməsi məqsədi ilə zəruri, təxirəsalınmaz istintaq əməliyyat tədbirləri həyata keçirilir.

Azinforum.az
Keçmiş polis gənc oğlanı öldürərək Almaniyaya qaçıb - Həyətində basdırıb üstündə hamam tikilib FOTO

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın