Bazar ertəsi , Oktyabr 14 2019
Ana səhifə / Araşdırma / Keçmiş nazirin məmur xalası oğlunu arvadı ilə qızı öldürübmüş

Keçmiş nazirin məmur xalası oğlunu arvadı ilə qızı öldürübmüş

Bakının Nizami rayonunda keçən ilin sentyabr ayında qətlə yetirilən kişinin həyat yoldaşı və qızı tərəfindən öldürüldüyü məlum olub.

Report.az-ın un məlumatına görə, hadisə zamanı Babək prospekti ev 17-də 1964-cü il təvəllüdlü İsgəndərov Füzuli Haqverdi oğlu yaşadığı evin yaxınlığında amansızlıqla öldürülüb.

Bakı Şəhər Prokurorluğu və Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisənin mərhumun həyat yoldaşı Xalidə İsgəndərova və qızı Əmanə İsgəndərova tərəfindən törədildiyi məlum olub.

X.İsgəndərova və Ə.İsgəndərova şübhəli şəxs qismində saxlanılıblar. Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.

Qeyd edək ki, qətlə yetirilən F.İsgəndərov uzun illər Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini olub. Onun, həm də sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğlu olduğu bildirilir.

Həmçinin oxuyun

Azərbaycanda QİÇS problemi – əgər virusa yoluxmusunuzsa… – Fotolar

Əməkdaşımızın QİÇS-lə Mübarizə Mərkəzindən eksklüziv reportajı; SPİD xəstəsi öz yaxınları üçün təhlükədirmi, ən çox nələrə …

Bir cavab yazın