Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / Keçmiş MTN polkovnikinə qarşı 100 min dollarlıq ittiham

Keçmiş MTN polkovnikinə qarşı 100 min dollarlıq ittiham

Bir müddət öncə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin yüksək vəzifəli şəxslərinin qanunsuz əməllərinə məruz qalması haqda müsahibəsi ilə gündəmə gələn xüsusi xidmət polkovniki, iş adamı Tofiq Rəcəbov dələduzluqda ittiham olunur.

Qafqazinfo-nun əldə etdiyi məlumata görə, bununla bağlı Bakı şəhər sakini Məhərrəm Məhərrəmov Baş Polis İdarəsinə müraciət edib.

O bildirib ki, Tofiq Rəcəbov onun etibarından sui-istifadə edərək 2011-ci ildə torpaq satmaq adı ilə ondan 100 min ABŞ dolları alıb və qaytarmayıb.

Şikayət ərizəsi aidiyyatı üzrə Nəsimi RPİ 20-ci Polis Bölməsinə göndərilib, araşdırma aparılır.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın