Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Araşdırma / Keçmiş məhkumun öldürdüyü şəxsin kimliyi bilindi: ““Şöhrət” ordenli neftçi idi” – VİDEO

Keçmiş məhkumun öldürdüyü şəxsin kimliyi bilindi: ““Şöhrət” ordenli neftçi idi” – VİDEO

Bakıda 66 yaşlı kişini öldürdülər

ARB TV xəbər verir ki, paytaxtın hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində 2 gün əvvəl törədilmiş qətlin üstü açılıb.

İyulun 10-da Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 82 saylı binada 66 yaşlı Yuriy Barışovun üzərində xəsarətlər olan meyiti aşkar olunub.

Həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənin kimliyi bəlli olub. Əvvəllər quldurluq cinayətinə görə məhkum olunmuş Hüseyn Akayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Mərhumun qonşularından əldə olunan məlumata görə, Yuriy Borışov neft sahəsində çalışıb və onun indiyədək heç kəslə ədavəti olmayıb.

Məmməd Nuriyev (qonşu): “Qətlə yetirilən şəxs tək yaşayırdı. Sakit adam idi. Heç kimlə işi yox idi. Çox gümrah idi, balıq tutmağa gedirdi. Neft sahəsində çalışırdı, “Şöhrət” ordeni də olub”.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Zəruri istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri davam etdirilir.

Həmçinin oxuyun

Yoluxanların sayı yenə artdı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3712 yeni yoluxma faktı qeydə alınıb, 1359 nəfər müalicə olunaraq …

Bir cavab yazın