Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Araşdırma / Keçmiş icra başçısının oğlu məhkəmədə dindirildi

Keçmiş icra başçısının oğlu məhkəmədə dindirildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1984-cü il təvəllüdlü Araz Eyvazovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
 
Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən, təqsirləndirilən şəxslər və şahidlər ifadə verib.
 
Məhkəmədə Şərur Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Rəfail Rəsulovun oğlu Orxan Rəsulov da dindirilib. O, adının bu işdə hallanmasından narazı olduğunu deyib. Prosesdə vəkili ilə birgə iştirak edən O.Rəsulov növbəti məhkəmə iclasına lazimi sənədləri gətirəcəyini bildirib.
Xatırladaq ki, ötən prosesdə zərərçəkən Tağı Nağıyev ifadəsində bildirib ki, 450 min ABŞ dolları məbləğində pulu xaricdən uşaq bezi gətirmək məqsədilə Orxan adlı şəxs vasitəsilə Araz Eyvazova verib: “2011-ci ildə Yasamal rayonu ərazisində Orxan məni Arazla tanış eləyib. Onlar məndən xaricdən uşaq bezi gətirmək üçün 80-90 min ABŞ dolları civarında köməklik göstərməyimi istədilər. Mən həmin şəxslərə sadəcə 70 min dollar verəcəyimi bildirdim. Daha sonra şəkər tozu, yağ, kabel gətirəcəklərini dedilər və mən də şəxsi maşınımı, qardaşım və həyat yoldaşımın avtomobillərini satıb 100 min ABŞ dolları düzəltdim. İşdən sonra mənə 8 min versələr də, sonda o pulları da Araza qaytardım. Bir sözlə, mən bu pulları Orxana, Orxan da Araza verirdi. Ümumilikdə, 450 min dollar ziyana düşdüm və məhkəmədən Arazın dəymiş ziyanı ödəməsini tələb edirəm”.
Məhkəmənin növbəti iclası sentyabrın 23-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2012-ci ildə baş verib. Məsələ ilə bağlı 1 il ibtidai istintaq aparılıb. İş bir dəfə məhkəmədən geri göndərilib. A.Eyvazov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham olunur (“Report”).

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın