Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / Keçmiş diplomatın adı Ukraynada qadın alveri cinayətində hallanır – ŞOK

Keçmiş diplomatın adı Ukraynada qadın alveri cinayətində hallanır – ŞOK

Ukraynadakı soydaşlarımızdanModerator.az-a ilginc bir məlumat daxil olub.
Bildirilir ki, ötən ilin parlament seçkilərində qalmaqallı açıqlaması ilə gündəmə gələn keçmiş diplomat Paşa Məmmədovun Ukraynanın hüquq-mühafizə orqanlarının apardığı qadın alveri ilə bağlı səs-küylü cinayət işində adı keçir. Mənbəmiz əvvəlcə Paşa Məmmədov haqqında ilginc məlumatlar verərək onun ziq-zaqlı bioqrafiyasından bəzi epizodları xatırladır və sonda adının həmin cinayət işində hallandığını vurğulayır:
“Paşa Məmmədov 2009 – 2010 – cu illərdə Azərbaycanın Dubaydakı səfirliyində 2-ci katib vəzifəsində çalışıb. Amma özünü gah “konsul”, gah da “vitse-konsul” kimi təqdim edir. İlisuyski sosial şəbəkələrdəki profillərində “konsul” olduğunu yazır, amma bu vəzifədən, daha dəqiq desək 2-ci katib postundan nə üçün geri çağırıldığı barədə bircə kəlmə də söz açmır.
O zaman Paşa Məmmədova yaxın keçmişi xatırlatmaq yerinə düşər…
Beləliklə, Azərbaycanın Dubaydakı səfirliyində 2-ci katib vəzifəsində çalışan Paşa Məmmədov 2010-cu ildə Bakıya çağırılır və ona öz arzusu ilə işdən ayrılmaq təklif olunur. Dubayda çeçen qruplaşması ilə birlikdə yarımzirzəmi bir sahədə “gecə klubu” açdığı və bu gecə klubunu Azərbaycan, Ukrayna və Gürcüstandan gətirilən qızlarla təmin etdiyi barədə həqiqətlərin çalışdığı ölkənin xüsusi xidmət orqanları tərəfindən ifşa olunduğunu biləndə böyük məmnuniyyətlə işdən ayrılmaq barədə ərizə yazır və gedir… Çünki əks təqdirdə Tiflisdə yaxın münasibətdə olduğu, sonradan Ermənistanın və eyni zamanda başqa bir ölkənin xüsusi xidmət orqanlarına işlədiyi ortaya çıxan “Mulatka” ləqəbli, Kiriakidi soyadlı modellə əlaqələrinə görə də cavab verməli olacaqdı.
Bütün bunlardan qorunmağın, sığortalanmağın yolunu isə Paşa Məmmədov öz personasını siyasiləşdirməkdə görür. Yuxarıda vurğuladığım məqamlara görə, bunu Azərbaycanda etmək mümkün olmadığı üçün Ukraynaya üz tutur. Özündən başqa daha 2 azərbaycanlının təsisçisi olduğu “Qafqaz xalqları Konqresi” ictimai birliyini yaradır və özünü bu qurumun prezidenti təyin edir. Amma hər yerdə Qafqaz xalqlarının nümayəndələrinin iştirakı ilə bu qurumun rəhbəri seçildiyini deyir.
Qeyd edək ki, Ukraynada fəaliyyət göstərən heç bir ciddi diaspor qurumu Paşa Məmmədovu və onun QHT-sini ciddiyə almır. Paşa Məmmədovun Ukraynadakı fəaliyyəti həddən artıq çoxşaxəlidir. Hətta “model biznesi” ilə də məşğul olur. Yəni PAŞA köhnə PEŞƏ-sini unutmayıb. Cənab İlisuyskiy Ukraynadakı sonuncu iş yerini “Fashion avenue” kimi göstərib. Amma bununla bağlı apardığım araşdırmadan sonra bəlli oldu ki, onun sonuncu iş yeri “Fashion avenue” deyil, “Fashion Life Group”du. Bu qurumun rəhbəri Marius Vox isə öz şərhlərində Paşa Məmmədovu nəninki 112 saylı Qax seçki dairəsindən deputat, hətta prezident görmək istəyir. “Fashion Life Group”un rəsmi saytına (www.fashionlifegroup.com) daxil olduqda isə işin mahiyyəti tam aydın olur. Belə ki, saytda hətta gecə yarısından səhər saat 5-ədək modellər təklif olunur.
İndi isə Ukraynanın hüquq mühafizə orqanlarından sızdırılan məlumatda Dubayla əlaqəli olan qadın alveri ilə bağlı barəsində cinayət işi qaldırılan şəbəkənin işində Paşa Məmmədovun da adının keçdiyi deyilir.
Yeri gəlmişkən, Paşa Məmmədovun atası Xəyyam Məmmədov 1993-2002 ci illərdə Qax rayonunun icra başçısı işləyib. Sonradan Ağciyər Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunun baş həkimi vəzifəsinə keçib. Amma 2015-ci ilin parlament seçkilərində oğlu Paşa Məmmədovun deputatlığa namizədliyini irəli sürməsi və hakimiyyətin yuxarı eşalonunda qıcıq yaradacaq qalmaqallı açıqlamalarla çıxış etməsi atasının da karyerasının sonunu gətirib və oğlunun qırmızı xətti keçməsi üzündən atasını baş həkimlikdən də uzaqlaşdırıblar”.
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın