Tərtər rayonunda qısqanclıq zəminində qətl hadisəsi baş verib.
“Qafqazinfo” DİN-in saytına istinadən xəbər verir ki, dekabrın 19-da Tərtər rayon sakini Cəmilə Əhmədovanın şəhər ərazisində kirayədə yaşadığı evin həyətində keçmiş əri Vüqar Hüseynov qısqanclıq zəminində həmyerlisi Qaraxan Tanrıverdiyevə bıçaqla xəsarət yetirərək hadisə yerini tərk edib.
Xəstəxanaya yerləşdirilən Q.Tanrıverdiyev orada ölüb.
Tərtər RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.