Cümə , Oktyabr 23 2020
Ana səhifə / Araşdırma / Keçmiş arvadı Fərhad Əhmədovu ingilissayağı talayıb

Keçmiş arvadı Fərhad Əhmədovu ingilissayağı talayıb

Milyarderin Tatyana Əhmədovaya göstərdiyi səxavətə baxmayaraq, rus qadın ona qarşı haqq etmədiyi pul davası açıb

Adı “Forbes” jurnalının milyarderlər siyahısında yer alan azərbaycanlı biznesmen Fərhad Əhmədov ailə baxımdan bəxti gətirmişlərdən deyil. Həyat yoldaşı – 41 yaşlı Tatyana Əhmədova 2000-ci ildə onu qoyub qaçıb. 16 il sonra isə T.Əhmədova F.Əhmədovun varidatının yarısına sahiblənmək üçün ona qarşı London məhkəməsində iddia qaldırıb.

(əvvəli ötən saylarımızda)

London çoxdan zəngin cütlüklərin boşanma məkanı hesab olunur. Bu baxımdan T.Əhmədovanın London məhkəməsinə üz tutmasını da təsadüfi hesab etmək olmaz. Dumanlı Albionun məhkəmələri belə işlərdə adətən zərif cinsin nümayəndəsinin iddiasını yetərincə təmin edir. Əhmədovanın iddiası da istisna olmayıb. Tatyana Əhmədova London məhkəməsinin keçmiş ərinə qarşı yarım milyard dollar təzminat qərarı çıxarmasına nail ola bilib.

Bundan sonra londonlu vəkillər hərəkətə keçiblər. T.Əhmədova hələ 2003-cü ildən keçmiş həyat yoldaşından mal-mülk almaq üçün hərəkətə keçibmiş. Vəkillərlə məsləhətləşmələr, keçmiş həyat yoldaşından pul almaq üçün edilən təkliflər illərlə məhkəməyə müraciətin təqdim olunmasını təxirə salıb.

Həmin illər ərzində F.Əhmədov həyatını yaşayıb, milyardlarını artırmaqda olub. Tatyana Əhmədovanın vəkilləri də onun keçmiş ərinin müxtəlif hesablatlarda yer alan mal-mülklərinin siyahılaşdırılması ilə məşğul olublar.

2014-cü ildə Fərhad Əhmədov dünyanın ən böyük ekspedisiya yaxtası olan “Luna”da dünya səyahətinə çıxıb. Məhz bu zaman T.Əhmədova vəkillərinə sənədlərin toplanmasının bir qədər də intensivləşdirilməsini tapşırıb…

Ä°lgili resim

Əslində Tatyana ilə Fərhad Əhmədovun ailə həyatı olduqca gözəl başlamışdı. 1993-cü ildə ailə quran cütlük 7 il birgə yaşayıblar. Londonda özlərinə ilk evlərini alıblar, daha sonra onların ilk oğlu, 3 il sonra ikinci oğulları dünyaya gəlib. Beləcə, 7 illik ailə həyatı xəyanət üstündə darmadağın olub. 2000-ci ildə Tatyana Əhmədova etiraf edib ki, sevgilisi var və Fərhad Əhmədov ondan boşanmaq üçün Moskva məhkəməsinə ərizə verib. Bu məhkəmə Tatyana Əhmədovanın iştirakı olmadan baş tutur, o, məhkəməyə qatılmır. Ancaq T.Əhmədova ərinə yazdığı məktubda ona etdiyi xəyanətlərə görə üzr istəyib bağışlanmasını xahiş etmişdi. Məktubunda yazmışdı ki, dəfələrlə müxtəlif kişilərlə ona xəyanət edib, bunların arasında oğullarından birinin sinif yoldaşının böyük qardaşı da olub…

Tatyana Əhmədova ile ilgili görsel sonucu

İlk dəfə 2003-cü ildə T.Əhmədova ingilis ailə hüququndan yararlanmaq istəyib və Moskvada nikahın pozulmasına dair qərarı şübhəyə almağa çalışıb. Lakin bu iddia təmin olunmayıb. Çünki iddianın verilməsi üçün müddətdə gecikmə olmuşdu. Həmin vaxtlar biznesmen bir çox varlı keçmiş ərlərdən fərqli olaraq Tatyana Əhmədovanın Londondakı dəbdəbəli yaşayışını maliyyələşdirirdi. Onların 2 övladı Londonda təhsil alıb, böyüyüb. Qadın isə keçmiş ərinin hesabına nağılvari həyat sürüb, ən qlamur kurortlarda dincəlib. O cümlədən Mistikdə David Bouinin malikanəsini 500 min funta kirayə götürüb, gənc sevgililəri ilə keçmiş ərinin pulları hesabına əylənib. Habelə qadın müntəzəm olaraq Fərhad Əhmədovun şəxsi təyyarəsindən də istifadə edib.

Nəhayət, “Nortqaz”ın satışından F.Əhmədovun hesabına pul daxil olandan sonra cəmi üç gün ərzində qadın gizlicə London məhkəməsində təzminat iddiası qaldırıb. Eyni zamanda keçmiş ərini hədələyib ki, əgər onun tələblərini yerinə yetirməsə ingilis ailə hüququ əsasında yeni cəza tədbirləri görəcək. F.Əhmədov isə keçmiş arvadı ilə məsələni barışıq yolu ilə həll edə bilmək üçün ona səxavət nümayiş etdirib, lakin bu təkliflər qəbul edilməyib. Nəhayət, o, keçmiş arvadı ilə əlaqəni kəsib.

Fərhad Əhmədov Forbes ile ilgili görsel sonucu

T.Əhmədovanın vəkili isə onu inandırıb ki, London məhkəməsində təzminat iddiası qaldırmaqla keçmiş ərinin sərvətinin yarısını ələ keçirə bilər. Beləcə, Əhmədovanın iddiasına London məhkəməsində baxılmağa başlayıb.  Fərhad Əhmədov əvvəlcə məhkəmə ilə əməkdaşlıq edib, sonda başa düşüb ki, ədalətli nəticə gözləməyə dəyməz və məhkəmə ilə əməkdaşlığı kəsib.

Hakim Haddon Keyvan F.Əhmədovun keçmiş arvadına Britaniya məhkəmələrində indiyə qədər görünməmiş məbləğdə təzminat kəsib.

İşə baxan hakimin personası da maraq doğurur.

Fərhad Əhmədov Forme ile ilgili görsel sonucu

Haddon Keyva hakimlik karyerası boyunca boşanma iddialarına baxmayıb. Hakim əsasən aviasiya, yüklərin sığortası və kommersiya arbitrajı üzrə mübahisələr üzrə ixtisaslaşıb. Tatyana Əhmədovanın boşanma iddiasının onun icraatına verilməsi Əhmədovun 450 milyon funt sterlinq -yarım milyard dollardan artıq kasıblamasına səbəb olub. Bu məhkəmə qərarından sonra “Forbes” jurnalı Əhmədovun sərvətinin xeyli azalması haqda xəbər yayıb.

Məhkəmənin qərarını şərh edən Fərhad Əhmədov bildirib: “Bu, mənim keçmiş arvadım tərəfindən İngiltərə hüquq sistemindən hiddətləndirici sui-istifadədir. O, İngiltərə hüquq sistemindən istifadə edərək mənim pullarımı ələ keçirməyə çalışır. Əgər mənim Tatyanaya verdiyim səxavətli subsidiyaları hesaba almasaq, biz artıq 16 ildir ki, onunla ayrı yaşayırıq. Onun çoxsaylı eşq macəralarına baxmayaraq mən iki uşağımın anası kimi keçmiş arvadımın həmişə qayğısına qalmışam, onu kraliçalar kimi yaşatmışam”(virtualaz.org).

Biznesmen demişdi ki, bu, karikatur məhkəmə prosesidir və onun keçmiş arvadının qanuni hüquqlarının təmin olunması ilə heç bir bağlılığı yoxdur: “Bu, mənim keçmiş arvadımın və onun maraqlarını təmin edən vəkillərin hərisliyi və opportunizmi ilə bağlıdır. London Yüksək Məhkəməsi qərarı verərkən keçmiş arvadımın mənim biznesimə heç bir töhfəsi olmadığını, pulların onunla boşanandan sonra qazanıldığını, habelə Böyük Britaniyada yox, Rusiyada qazanıldığını nəzərə almayıb”.

Həmçinin oxuyun

Qəbələ və Kürdəmir “Elbrus” raket sistemi ilə vurulub

Erməni hərbi qüvvələri Qəbələ və Kürdəmir bölgələrini hədəf alıb. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan …