Ana səhifə / Araşdırma / Kafedə əməliyyat: həqiqi dollardan seçilməyən xeyli saxta pul tutuldu

Kafedə əməliyyat: həqiqi dollardan seçilməyən xeyli saxta pul tutuldu

DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ölkənin maliyyə sisteminə təhlükə yaradan saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısının alınması istiqamətində əməliyyat keçirib.
Musavat.com xəbər verir ki, Baş İdarə əməkdaşlarının keçirdiyi növbəti əməliyyat tədbiri nəticəsində İmişli rayon sakini İlkin Mehdizadə, Cəbrayıl rayon sakini Vidadi Mehdiyev və Bakı şəhər sakini Müşfiq Əsədli Binəqədi rayonu ərazisində yerləşən kafelərin birində 10000 saxta manatı 3500 manata satmaq istəyən zaman cinayət başında yaxalanıblar.
Saxlanılan şəxslərdən külli miqdarda saxta pul əskinasları, onların hazırlanması üçün istifadə olunan xüsusi avadanlıqlar və digər maddi sübutlar aşkar olunaraq götürülüb.
Dəstə üzvləri bildiriblər ki, saxta pul əskinaslarını paytaxt ərazisində və respublikanın rayonlarında fəaliyyət göstərən ticarət mərkəzlərində, əhalinin sıx olduğu yerlərdə istifadə etmək niyyəti ilə hazırlayıblar.
Ekspert rəyi ilə müəyyən edilib ki, aşkar edilən pulların müdafiə nişanları ustalıqla saxtalaşdırılıb və həqiqi pul əskinaslarından çətinliklə seçilir.

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın