Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Araşdırma / “Kəsdiyi başı əlində fırladırmış” – DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATLARI – VİDEO

“Kəsdiyi başı əlində fırladırmış” – DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATLARI – VİDEO

“Deyiblər ki, qız səni şikayət edib, o da baltanı götürüb..”
Əri tərəfindən vəhşicəsinə öldürülən qadının yaxınları danışdılar.
Zərdabın Yarməmmədbağı kəndində qanlı hadisə baş verib. Övladlarının gözü qarşısında arvadının başını kəsib.
ARB TV xəbər verir ki, 33 yaşlı Aqşin Astanov həyat yoldaşı 23 yaşlı Rüxsanə Astanovanı başını kəsərək öldürüb.
Mərhumun qohumlarının sözlərinə görə, rayon ərazisində şəxsi təsərrüfatların birində çobanlıq edən Aqşin Astanov son vaxtlar ailənin qayğılarına biganə yanaşıb. Ehtiyac içərisində olan ailəyə qonşular kömək edib. Bunu eşidən Aqşin Astanov gecə saatlarında evə gələrək, 3 az yaşlı övladının gözu önündə həyat yoldaşına balta ilə zərbə endirib, ölmədiyini görüncə başını bədənindən ayırıb.
Sahib Məcnunov – mərhumun qohumu: “Kənd camaatı dedi ki, başın kəsəndən sonra əlində fırladırmış. Camaat görüb ki, əlində baş var. Uşaqlarda qorxudan harasa qaçıblar.  Sonra gəlib tutublar”.
Gülnarə Məcnunova – mərhumun anası: “Başı çatmır, dəlidir. Mən nə bilim axı? Dəli olduğunu bilsəydim, ona qız verməzdim”.
Qulu Məcnunov – mərhumun babası: “Polisə xəbər verib ki, ərim məni tullayıb bura, özü də filan yerdədir. Xəbər veriblər ərinə, deyiblər ki, qız səni şikayət edib, səni tutacaqlar. O da gəlib baltanı götürüb”.
Qeyd edək ki, Aqşin Astanov bundan öncə iki dəfə ailə həyatı qurub. Onun sonuncu nikahdan 3 uşağı var.
Faktla bağlı Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın