Şənbə , Noyabr 28 2020
Ana səhifə / Araşdırma / Kərə yağını əritdi, bu halla qarşılaşdı – İsmayıllı sakininin başına gələnlər nəzarətə götürüldü – VİDEO

Kərə yağını əritdi, bu halla qarşılaşdı – İsmayıllı sakininin başına gələnlər nəzarətə götürüldü – VİDEO

İsmayıllı rayon sakini bayram şirniyyatı bişirmək üçün rayonda fəaliyyət göstərən marketlərin birindən kərə yağı alıb. Yağ əridilən zaman isə rəngini dəyişib.
Yağ əvvəlcə sarı olub, əridildikdən sonra isə rəngini dəyişərək qaralıb.
Rayon sakini Qönçə Həsənova deyir ki, yağı əridərkən məhsulun rəngi dəyişib və başqa bir hala düşüb. O, yağdan istifadə etməyə ehtiyatlanıb.
Qönçə Həsənova aldığı məhsuldan bir parça götürərək Qida Təhlükəsizliyi Agentliyinin Şamaxı regional bölməsinə təqdim edib. Nümunələr laborator müayinəyə göndərilib.
Yağı alan sakin üzləşdiyi vəziyyət ilə bağlı mağazaya da məlumat verib. Mağazadan ona məhsulun istehsalçısı deyil, satıcısı olduqlarını və bu səbəbdən sözügedən problemlə bağlı məsuliyyət daşımadıqlarını bildiriblər. Yağın qaralmasının səbəbi isə laboratoriyanın nəticələrindən sonra bəlli olacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Həmçinin oxuyun

Yoluxanların sayı yenə artdı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3712 yeni yoluxma faktı qeydə alınıb, 1359 nəfər müalicə olunaraq …