Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / “Jurnalistlər” iki qardaşı şantaj edərkən yaxalandılar

“Jurnalistlər” iki qardaşı şantaj edərkən yaxalandılar

Şəkidə özlərini jurnalist kimi təqdim edərək dələduzluqla məşğul olan Gəncə sakinləri saxlanılıb. Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, özlərini jurnalist kimi təqdim edən şəxslər Şəki Şəhər-Rayon Polis Şöbəsinə Şəki rayon sakinləri olan və Şəki şəhərində ticarətlə məşğul olan Fərman və Sərxan Rəsulov qardaşlarından şantaj yolu ilə pul alıblar.

Şəki ŞRPŞ-nin əməliyyat-axtarış qrupunun əməkdaşları məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində özlərini jurnalist kimi təqdim edənlərin Gəncə şəhər sakinləri 1978-ci il təvəllüdlü Hüseyn Rəfi oğlu Hüseynov və 1977-ci il təvəllüdlü Rəfail Teymurad oğlu Qocayev olduğu müəyyən edilib.

Hər iki şəxs tutularaq istintaqa təhvil verilib. Aparılan ilkin istintaq zamanı məlum olub ki, qardaşlardan şantaj etmə yolu ilə ümumilikdə 242 manat pul alıblar.

Faktla bağlı Şəki ŞRPŞ-də cinayət işi başlayıb, Hüseyn Hüseynov və Rəfail Qocayevin Şəki rayon ərazisində digər cinayətlərdə iştirak edib etməməsi araşdırılır.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın