Çərşənbə axşamı , İyul 16 2019
Ana səhifə / Araşdırma / Jurnalist Ceyhun Musaoğlu ailə üzvləri ilə birlikdə avtomobil qəzasına düşüb

Jurnalist Ceyhun Musaoğlu ailə üzvləri ilə birlikdə avtomobil qəzasına düşüb

Azərbaycan Prezidenti yanında Bilik Fondunun mətbuat katibi, tanınmış jurnalist Ceyhun Musaoğlu (Musayev) avtomobil qəzasına düşüb.
Onun dostu, jurnalist Nicat Dağların “Report”a verdiyi məlumata görə, hadisə Dərnəgül şosesində qeydə alınıb.

Belə ki, C.Musaoğlunun idarə etdiyi “KİA” markalı avtomobil digər maşınla toqquşub. Nəticədə “KİA” bir neçə dəfə aşıb.

Hadisə zamanı avtomobildə olan C.Musaoğlunun həyat yoldaşı başından xəsarət alıb. Onun özü və qızı isə yüngül bədən xəsarətləri alıb. Onlar xəstəxanaya aparılıb. Orada yaralılara ambulator yardım göstərilərək evə buraxılıb.

Həmçinin oxuyun

Yanına gələn qızlara “alt paltarı geyinməsin” deyirdi – Adnan Oktarın qorxunc əməli üzə çıxdı

Adnan Oktarın daha bir dəhşətli əməli üzə çıxıb.  Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, silahlı …

Bir cavab yazın