Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Jurnalist “Azercell”i məhkəməyə verəcək

Jurnalist “Azercell”i məhkəməyə verəcək

Azərbaycanda fəaliyyət göstərən mobil operatorlarından narazılıq artıq kütləvi hal alıb.
Mobil operatorlar – “Azercell”, “Baksell” və “Nar Mobile”dən narazılıqlar artır. Bir çox vətəndaşlar bu mobil opratorları soyğunçuluqda, abunəçilərin hesabından vəsait oğurlamaqda və s. məsələlərdə ittiham edirlər.

Azinforum.az-ın xəbərinə görə, bu dəfə tanınmış jurnalist Əvəz Zeynallı ölkədə fəaliyyət göstərən “Azercell Telekom” MMC-ni məhkəməyə verəcəyini deyib:

AZERCELL ADLI DƏLƏDUZ ŞİRKƏTİ MƏHKƏMƏYƏ VERƏK!

Bu gün – Türkiyəyə gəlişimin 14-cü günü fırıldaqçı və dələduz Azercell mənə mesaj göndərib:

Sizin 1 GB rominq internet paketiniz legv olundu. Internetden istifade cari tarifinize uygun hesablanacaq. Yeni paketin sifarishi ucun: 14 gunluk 1GB paketine qoshulmaq uchun *100*1001#YES, 3 gunluk 400MB paketine qoshulmaq uchun *100*401#YES, 1 gunluk 100MB paketine qoshulmaq uchun *100*101#YES yigin.

Bir şirkət nə qədər özünü, iş şərəfini itirməlidir ki, adamı lap dolasın. Nə qədər həyasız olmalısan ki, yediyin internetə aydınlıq gətirmədən təzədən həyasızcasına bir də mesaj göndərib insanın əsəbi ilə oynayasan. Bu şarlatanları məhkəməyə vermək və bunu kütləvi etmək lazımdır.

Kim məhkəməyə verir fırıldaqçı Azercelli? Mən hazır… Bakıya enən kimi ilk işlərimdən biri bu olacaq…”

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …