Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Araşdırma / İzzət Bağırovun cangüdəni həbs olundu – Toyda düşən davanın TƏFƏRRÜATI – FOTO

İzzət Bağırovun cangüdəni həbs olundu – Toyda düşən davanın TƏFƏRRÜATI – FOTO

Paytaxtın Nizami rayonunda, “Neolit” şadlıq evində insident baş verib.

Azinforum.az  salamnews-a istinadən xəbər verir ki, restoranda keçirilən şənlik mərasiminin sahibinin qohumları məclisdə ifa etmək üçün dəvət olunmuş müğənni İzzət Bağırovu video kamera ilə lentə almadıqlarına görə kütləvi dava baş verib.

Belə ki, məlumata görə, Aslanovlar ailəsinin bir üzvünün ali məktəbə qəbul olunması münasibətilə şadlıq sarayının kiçik zalında şənlik mərasimi təşkil edilib. Bu zaman zalda həm şadlıq evinin, həm də məclis sahibinin qohumlarının videokameraları ilə çəkilişlər aparılıb.

Müğənni İzzət Bağırov ifa edən zaman məclis sahibinin qohumlarının kamerası müğənnini lentə almadığından o, həmin operatoru təhqir edərək zalı tərk edib. Müğənninin bu addımından hiddətlənən mərasim sahibləri şadlıq evinin həyətinə çıxaraq məsələyə aydınlıq gətirmək istəyiblər.

Bu zaman məclis iştirakçıları olan 44 yaşlı Aslanov Novruz Qərib oğlu, onun 16 yaşlı oğlu Vüsal Aslanlı və məclis sahibinin yaxın qohumu Asif Zeynalov müğənninin Elçin adlı cangüdəni və şadlıq evinin Tural adlı mühafizəçisi tərəfindən möhkəm döyülüblər. Xəsarət alan ata və oğlu 3 saylı şəhər xəstəxanasına, digər şəxs isə 1 saylı şəhər xəstəxanasına çatdırılıblar.

İlkin müayinələr zamanı Novruz Aslanovda kəllə-beyin travması, baş beyin silkələnməsi xəsarətləri aşkar edilib. Məlum olub ki, Novruz Aslanova küt alətlə xəsarət yetirilib. Zərərçəkən cərrahiyyə əməliyyatından sonra reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır. Vüsal Aslanlı isə ilkin müayinələrdən sonra ambulator müalicəyə buraxılıb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində cinayət işi başlanıb və hər iki mühafizəçi şübhəli şəxs qismində saxlanılıb, araşdırmalar davam etdirilir.

08:48

Bakıdakı şadlıq evlərindən birində tanınmış müğənni İzzət Bağırova görə mərasim iştirakçıları arasında yaranmış mübahisə kütləvi dava ilə nəticələnib.

Oxu.Az Report-a istinadən verdiyi məlumata görə, hadisə Nizami rayonu, Mikayıl Əliyev küçəsi 9 ünvanında yerləşən “Neolit” şadlıq evində baş verib.

Belə ki, paytaxt sakini Novruz Aslanlı övladının ali məktəbə daxil olması münasibətilə şadlıq sarayının kiçik zalında şənlik mərasimi təşkil edib. Mərasim zamanı qonaqlardan biri ilə müğənni İ. Bağırov arasında mübahisə yaranıb. Mübahisəyə səbəb qonağın operatordan müğənnini deyil, onları lentə almağı xahiş etməsi olub. Bu zaman müğənni buna etiraz əlaməti mərasimi yarımçıq tərk edib. Bu isə mərasimin təşkilatçısının narazılığına səbəb olub.

N. Aslanlı və qohumları ilə İ. Bağırovun cangüdəni, habelə restoranın əməkdaşları arasında yaranmış mübahisə sonda əlbəyaxa dava ilə nəticələnib. Dava zamanı N. Aslanlının başına küt alətlə zərbə endirilib. Hadisə zamanı habelə onun oğlu, 16 yaşlı Vüsal Aslanlı da xəsarət alıb.

Onların hər ikisi xəstəxanaya yerləşdirilib. Həkimlər N. Aslanlının vəziyyətini ağır qiymətləndirir.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Həmçinin oxuyun

Yollar açıldı, hotellərdə yer yoxdur

Məlum olduğu kimi, yanvarın 25-dən rayonlara gediş-gəlişə qoyulan qadağa ləğv olunub. Nazirlər Kabineti yanında Operativ …

Bir cavab yazın