Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / İTV-nin sabiq əməkdaşı vaxtından əvvəl həbsdən buraxılıb

İTV-nin sabiq əməkdaşı vaxtından əvvəl həbsdən buraxılıb

Jurnalist Azər İsrafilov həbsdən azad edilib.

APA-nın məlumatına görə, Azər İsrafilov cəzasının başa çatmasına 7 ay 20 gün qalmış məhkəmə qərarı ilə şərti azadlığa buraxılıb. Qeyd edək ki, A. İsrafilov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunub. O, vətəndaşın 13 min dollar məbləğində pulunu alaraq qaytarmayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azər İsrafilov 7 il müddətinə azadlıqdan məhrum edilib. Zamində olan A. İsrafilov məhkəmə zalından həbs edilib. 2014-cü ildə A. İsrafilovun himayəsində 2 azyaşlı uşağının olması və ilk məhkumluğu nəzərə alınaraq Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə cəzası 3 ilə endirilib.

Azər İsrafilov müxtəlif vaxtlarda ANS, İTV kanallarında çalışıb.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın