Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / İTV-nin itkin düşmüş əməkdaşının meyiti tapıldı

İTV-nin itkin düşmüş əməkdaşının meyiti tapıldı

Onun meyiti “Cristall hall” yaxınlığında dənizdə aşkar edilib.
İctimai Televiziyanın (İTV) itkin düşmüş əməkdaşı Rəşad Əliyevin meyiti tapılıb.
Suraxanı rayon Polis İdarəsindən  APA-ya verilən məlumata görə, R. Əliyevin meyiti bu gün “Cristall hall” yaxınlığında dənizdə aşkar edilib.
Hazırda faktla bağlı araşdırma aparılır.  
Qeyd edək ki, 1973-cü ildə anadan olmuş Əliyev Rəşad Fikrət oğlu 23 yanvar 2016-cı il tarixdə Bakı şəhərinin Bülbülə qəsəbəsindəki yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. O, İctimai Televiziyada quruluşçu rejissor vəzifəsində çalışıb. R. Əliyev əməkdar incəsənət xadimi Fikrət Əliyevin oğludur.

Həmçinin oxuyun

Bu il dünyadan köçmüş tanınmış simalar – ARAŞDIRMA

2024-cü ilin 3 aydan bir qədər çox hissəsini geridə qoyduq. Bu dövr cəmiyyətimiz üçün bir …

Bir cavab yazın