Çərşənbə axşamı , May 21 2019
Ana səhifə / Araşdırma / İtkin düşmüş alpinistlər sağdır? – Hər üçü “Whatsapp” qrupundan çıxdı

İtkin düşmüş alpinistlər sağdır? – Hər üçü “Whatsapp” qrupundan çıxdı

Dekabrda itkin düşən alpinistlər – Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadənin eyni gündə “Whatsapp” qrupundan çıxdığı görülüb.
Azinforum.az-ın metbuat.az-a istinadən məlumatına görə, bunu itkin düşən alpinistlərdən olan Baburun yaxın dostu, tanınmış aparıcı Cəlalə Nəzəroğlu “Facebook” statusunda qeyd edib. Onun sözlərinə görə, itkin alpinistlərin hər üçünün aprelin 25-də “Whatsapp” qrupundan çıxdığı görülüb.
Qeyd edək ki, “Gilavar” Hava və Ekstrem İdman Klubunun üzvü olan 3 nəfər dekabrın 23-də Xınalıqdan Tufandağ istiqamətinə yollanıb. Dekabrın 26-da qayıtmalı olan alpinistlərdən məlumat almaq mümkün olmayıb.
İdmançıların yaxınları bildiriblər ki, Şahyaylaq – Mahmuddərə marşrutu üzrə hərəkət edərkən onlarla əlaqə kəsilib.

Həmçinin oxuyun

Gürcüstanda yaşayan azərbaycanlıların 68%-i işsiz olduğunu deyib

Gürcüstanda rəyi soruşulan azərbaycanlı respondentlərin 68%-i özünü işsiz hesab edir. Bu barədə ABŞ-ın Milli Demokratiya …