Bazar , Oktyabr 25 2020
Ana səhifə / Araşdırma / İtkin düşən uşaqdan – Açıqlama

İtkin düşən uşaqdan – Açıqlama

Artıq bir necə gündür ki, sosial şəbəkələrdə hər kəs 10 yaşlı Amilin axtarışına çıxmışdı. Amma iki gün əvvəl axşam Amil barəsində şad xəbər alındı. Balaca uşaq evlərinə qayıdıb valideynlərinin yanındadır. Bəs uşağı belə bir addım atmağa nə vadar edib? Belə bir vəziyyətdə valideynlər nə etməlidir?

“ Azinforum.az ” xezerxeber.az-a istinadən bildirir ki, Arzu Abbasovanın 10 yaşlı övladı Amil Abbasov günorta məktəbdən gəldikdən sonra həyətə velosiped sürməyə düşmüşmüş və geri qayıtmayıb.

İtkin düşən Amil həmin gün axşam saatlarında evlərinə geri dönüb. O, atasının onu döyəcəyindən qorxaraq evə gəlmədiyini deyir. Amilin sözlərinə görə atasından qorxması nəticəsində iki gün bir maşının içində qalıb və ətrafda olan taksi sürücüləri onu evə gətirib.

Amilin anasının sözlərinə görə isə evdə uşaqların heç birinə qarşı şiddət tətbiq olunmur. Sadacə olaraq uşağın niyə belə bir addım atması hələ də onlara müammalı qalıb.

Psixoloqlar isə belə vəziyyətlərdə valideynlərin daha diqqətli olmalı olduğunu bildirirlər.Ekspertlərin sözlərinə görə uşaqların atdığı hər bir addımın cavabdehi valideynlərdir. Ona görə uşaqları düzgün tərbiyələndirmək və istiqamətləndirmək lazımdır ki, sonu acı nəticə ilə bitməsin.

 


 

Həmçinin oxuyun

Qəbələ və Kürdəmir “Elbrus” raket sistemi ilə vurulub

Erməni hərbi qüvvələri Qəbələ və Kürdəmir bölgələrini hədəf alıb. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan …

Bir cavab yazın