Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / İt dişləməsindən dünyasını dəyişən 5 yaşlı Zeynəbin valideynləri prokurorluğa şikayət etdi

İt dişləməsindən dünyasını dəyişən 5 yaşlı Zeynəbin valideynləri prokurorluğa şikayət etdi

Bir müddət öncə it dişləməsindən sonra dünyasını dəyişən 5 yaşlı Zeynəb Mikayılovanın valideynləri səhlənkarlıq edən həkimlə bağlı Sumqayıt şəhər prokurorluğuna şikayət ediblər.

Mia.az xəbər verir ki, zərərçəkənlər mərhumu müayinə və müalicə edən, işinə səhlənkar yanaşan həkimin qanun qarşısında cvab verməsini tələb edirlər. Həmin müraciəti olduğu kimi təqdim edirik:

“Sumqayıt  şəhər  10-cu mkr ərazisində 31.07.2017-ci il tarixində qızım  11.09.2012-ci il təvəllüdlü Mikayılova Zeynəb Elçin qızına naməlum küçə iti tərəfindən hücum olmuşdur. Ailə üzvlərimiz tərəfindən təcili Sumqayıt şəhər TTYX-sına çatdırılan qızım Zeynəb nəzarət altına götürülmüş, həkim  Mahal Məmmədov  tərəfindən ilkin tibbi yardımlar göstərilmiş, xəstəxana rəhbərliyinin verdiyi məlumata əsasən yaralar cərrahi işlənmiş, anterabin vaksin və tetanus əleyhinə anatoksin vurulmuşdur. 3 avqust  tarixində Zeynəbə ikinci dəfə  anterabin vaksin vurulmuş, 4 avqust tarixində isə yaralının vəziyyəti  qənaətbəxş hesab olunmuş və evə buraxılmışdır.

Qızımı evə gətirdikdən sonrakı müddətdə xəstəxanadan xəstənin vəziyyəti ilə bağlı bir dəfə də olsa, maraqlanmadılar. Avqust ayının 7-si növbəti vaksinin vurulması üçün xəstəxanaya müraciət etmişik, lakin bizə bildirilib ki, hal hazırda xəstəxanada vaksin qalmamışdır. Bundan sonra bizi yönləndirdilər Bakı şəhər 1 saylı TTYX-na, növbəti vaksini də burada vuruldu və biz yenidən evə qayıtdıq. 14 avqust tarixində qızım Zeynəbin saglamlığında kəskin ağırlaşma halları müşahidə olunmağa başlamış belə ki, hərarəti yüksəlmiş, öyümə qusması, qorxu həyəcan və sudan qorxu halları müşahidə olunduqda onu yenidən Sumqayıt TTYX-sına apardıq. Həkimlər qızım Zeynəbin sağlıq durumuna baxdıqdan sonra onu təcili N.Nərimanov adına 1 saylı Uşaq Yolxucu Xəstəliklər xəstəxanasına göndəriş verdilər. N.Nərimanov adına 1 saylı Uşaq Yolxucu Xəstəliklər xəstəxanasında ilkin baxışdan sonra bizə bildirdilər ki, artıq edə biləcəyimiz bir şey qalmayıb. 17.08.2017-ci il tarixdə qızım Mikayılova Zeynəb  dünyasını dəyişmişdir.

Tibbin bu mərhələyə qədər inkişaf etdiyi bir zamanda it disləməsindən quduzluq xəstəliyinə yoluxmaq həkim səhlənkarlığıdırmı, savadsızlıqdırmı, ya  təqdiri-ilahimi adlandıraq. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən quduzluq əleyhinə olan vaksin və zərdablar xəstəyə düzgün tətbiq olunacağı təqdirdə ölüm riski tam olaraq aradan götürülür.

Bundan əlavə, Sumqayıt şəhər səhiyyə şöbəsinin rəsmi açıqlamasında göstərilir ki, guya 4 avqust tarixində valideyinin təkidi əsasında xəstə evə buraxılmışdır.

Lakin bu tamamilə yalnış məlumatdır. Quduzluq virusuni yoluxma riski olan şəxs uşaq olduğu,  xəsarət yeri mərkəzi sinir sisteminə yaxın olduğu üçün gizli dövr bir həftəyə qədər qısala bilər, bu müddətdə xəstə nəzarətdə saxlanılmalı antirabik zərdab və ya immunoqlobulin  inyeksiyasi  ilə passiv imunitet yaradılıb antirabik  vaksinin aktiv immunitet yaratması üçün lazim olan müddət təmin edilməli idi. Sumqayıt şəhər TTYX-sının həkimi  Mahal Məmmədovun səhlənkarlığı və ya tibbi biliyinin kafi dərəcədə olmaması nəticəsində 5 yaşlı Zeynəb evə buraxılmış və bir dəfə də olsa, evində proflaktik baxış keçirilməmiş, ümumiyyətlə, səhhəti ilə maraqlanılmamışdır. Xəstəliyin ilk simptomlari 12 gün sonra ortaya çıxmışdı. Quduzluq infeksion xəstəlikdir. Bu virus xəstəlik başlamazdan 8 gün əvvel ağız suyu ilə ifraz olunur yoluxma dişləmə ilə yanaşı, ağız suyunun dəri ilə bulaşması ilə də baş verir. Evimdə daha iki azyaşlı uşağım da ( 7 yaşında bacısı və altı aylıq qardaşı) bacıları ilə oyanayıb xəstəliyə yoluxa bilərdilər. Zeynəbin və uşaqların sağlamlığını heçə sayan həkimlərin öz əməllərinə görə qanun qarşısında cavab verməyini və bu işin daha detallı araşdırılmasını xahiş edirik.

Qeyd edim ki, Sumqayıt şəhər Səhiyyə Şöbəsi Tibbi Şurasının qərarına əsasən, xəstə uşağın valideyinlərinin şifahi xahişi əsasında vaxtından əvvəl xəstəxanadan evə yazılmasına və bu barədə ərazi 1 nömrəli Uşaq Polikilinikasına xəstə uşaq üzərində nəzarət olunması  üçün bildiriş verilmədiyinə görə  Sumqayıt şəhər TTYX-nın uşaq travmatologiyası şöbəsinin həkim ordinatoru Mahal Məmmədova sonuncu xəbərdarlıqla şiddətli töhmət,  şöbə müdiri Məharət Xasayevə isə töhmət verilmişdir.  Halbuki Sumqayıt şəhər TTYX-sı qızım Zeynəbi təxirəsalınmaz şəkildə təcili olaraq  ilkin cərrahi müdaxilədən sonra  yolxucu xəstəliklər xəstəxanasına göndərişin verməli idilər. İlk gündən səhlənkarlıq  nəticəsində xəstəliyə heç bir aidiyyatı olmayan şöbədə saxlanılmış və belə bir sonluqla qarşılaşmaq məcburiyyətində qaldıq.

Baş vermiş ölüm hadisəsində hər hansısa səhlənkarlığın, cavabdeh şəxsin( və ya şəxslərin) hərəkət və ya hərəkətsizliyindən doğan nəticənin araşdırılmasını,  günahkarın və ya günahkarların hüquqi müstəvidə layiqli cəzalarının alınmasında, baş vermiş hadisənin arasdırılmasına birbaşa nəzarət etməyinizi Sizdən xahiş edirəm.

 

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın