Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / İstanbulda böyük həbslər

İstanbulda böyük həbslər

Türkiyədə hərbi çevrilişə cəhddə əli olan Fətullah Gülənin terror təşkilatı ilə mübarizə çərçivəsində İstanbulda 250 hakim və prokuror həbs edilib.

Trend bu satistik rəqəmi Türkiyənin “Milliyet” qəzetinə istinadən verir.

Qəzetin məlumatına görə, bundan başqa Gülən hərəkəti ilə əlaqədə olan daha 50 hakim və prokuror axtarışa verilib. Məlumata görə, həmin şəxslərin ölkə hüdudlarını tərk etməsi də ehtimal olunur.

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın