Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Araşdırma / İstanbul terroru ilə bağlı yeni sensasion iddialar…

İstanbul terroru ilə bağlı yeni sensasion iddialar…

Hadisədən 5 gün keçməsinə baxmayaraq, polis hələ də 39 nəfərin qatilini tapa bilməyib, terrorçunun bir neçə nəfər olması iddiası ciddiləşir, şübhəlilər içərisində bir amerikalı da var…

Yeni il gecəsi İstanbulda “Reina” gecə klubunda baş verən terror hadisəsi ilə bağlı istintaq davam edir. Xatırladaq ki, yanvarın 1-də saat 01.15 radələrində silahlı şəxs İstanbulun Ortaköy rayonunda yerləşən “Reina” gecə klubuna daxil olaraq qarşısına çıxana atəş açıb. Məlumata görə, terrorçu əvvəlcə barın giriş qapısındakı polis və mühafizəçini öldürüb, daha sonra içəri daxil olaraq təxminən 600 nəfər insanın olduğu zalı gülləyə tutub. Hücum nəticəsində 39 nəfər ölüb, 68 nəfər isə yaralıdır. Terrorçu hadisədən sonra insanlara qarışaraq qaça bilib.
Yanvarın 5-də mətbuat konfransı keçirən baş nazirin müavini Veysi Konak deyib ki, İstanbul terrorçusunun şəxsiyyəti və gedə biləcəyi yerlər, əlaqələri artıq müəyyən olunub. O deyib ki, terrorçunun xaricə qaçması ehtimalı azdır, artıq ölkə içərisində terrorçunun yaxalanması üçün əməliyyatlar davam edir. Veysi Kaynak “Reina” terrorçusunun milliyyətinin böyük ehtimalla uyğur olduğu, ancaq hansı ölkə vətəndaşı olması faktının hələlik dəqiqləşmədiyini də bildirib.
Image result for İstanbul Terrorçusu
Qeyd edək ki, terror hadisəsinin ilk saatlarında şahid ifadələrində hücum edənlərin 2 və ya 3 nəfər ola biləcəyi qeyd olunsa da, sonradan daxili işlər naziri terrorçunun bir nəfər olduğunu bildirib. Ancaq sonrakı günlərdə yenidən mediada gecə klubuna hücum edənlərin iki nəfər olması ilə bağlı məlumatlar yayılmağa başlayıb. Ancaq baş nazirin müavini Kaynak bildirib ki, istintaq gecə klubunda qətliam törədənin bir nəfər olduğu qənaətindədir, ancaq terrorçuya yardım edənlər olub.
“Karar” qəzeti isə terrorçunun təhlükəsizlik kameralarına düşən görüntülərində geyimində fərqlərin olmasına diqqət çəkib. Bu əlamətlər isə terroru iki nəfərin törədə biləcəyi ilə bağlı şübhələrə səbəb olub. Belə ki, Zeytunburnu məhəlləsində qaldığı evdən çıxan terrorçunun açıq rəngli şalvar geyindiyi görünür. Klubun içərisinə atəş açaraq girən terrorçunun əynində isə tünd rəngli dar şalvar olub. Ancaq klubun içərisində atəş açan terrorçunun əynində evdən çıxarkən olduğu açıq rəngli və qabarıq cibləri olan şalvarın olduğu görünür. Eyni zamanda bardan qaçıb taksiyə minərkən və Kuruçeşmə bölgəsində təhlükəsizlik kamerasına düşən görüntülərdə də yenə əynində tünd və dar şalvar olduğu görünür.
Bu səbəbdən də ekspertlərə görə, terrorçunun Zeytunburnunda evdən çıxarkən geydiyi şalvarla “Reina” klubunda atəş açarkən əyninə geydiyi şalvar eyni olub. Bu isə başqa bir terrorçunun öncədən içəridə ola biləcəyi şübhəsinə səbəb olub.
Bundan başqa, şahidlər də klubda iki nəfərin ətrafa atəş açdığını bildirib. Ancaq hələlik rəsmi dairələr bu məlumatları təsdiqləmir.
Image result for Reinada terör
Terrorçu 3 nəfər olub…
Maraqlıdır ki, hadisə zamanı barda olan Səudiyyə Ərəbistanı vətəndaşı Həsən Xaşuqqi isə Türkiyə mediasına verdiyi açıqlamada bardakı terrorçuların sayının biri qadın olmaqla, 3 nəfər olduğunu deyib. Ərəbistanlı turist barda hotel vasitəsilə yer sifariş edib və hadisədən 40 dəqiqə əvvəl həyat yoldaşı ilə birlikdə bara gedib.
O deyib ki, terrorçular 3 nəfər olub, biri isə qadın olub. Hətta deyib ki, klubda olanlardan biri “o qadın bizi nədən öldürmək istəyir” deyə bağırıb. O deyib ki, terrorçular silahdan çox yaxşı istifadə ediblər. Xaşuqqinin bildirdiyinə görə, terrorçular ərəbcə danışmayıb, ancaq hansı dildə danışdıqlarını da anlamayıb. O dənizə atılaraq gizləndiklərini və bir saat ərzində atışmanın davam etdiyini bildirib.

Image result for Reinada terör

Terrora sevinənlər cinayət məsuliyyətinə cəlb olunacaq…
Qeyd edək ki, bu hadisə Türkiyədə dünyəvi insanlarla dindarlar arasında ciddi fikir ayrılığına və nifrət çağırışlarına səbəb oldu. Yeni ildən bir neçə gün əvvəl Türkiyənin böyük şəhərlərində başlayan kampaniyada dini qruplar, camaatlar Yeni ilin müsəlman bayramı olmadığı və bu səbəbdən bu bayramı müsəlmanların qeyd etməsinin doğru olmadığı ilə bağlı təbliğat aparıblar. Bu isə öz növbəsində dünyəvi camiədə ciddi etirazla qarşılanıb. Türkiyə Diyanət İşləri başqanının Yeni il əleyhinə bəyanat yayması dünyəvi ölkə olan Türkiyədə ciddi etirazlara səbəb olub.
Bayram gecəsi baş verən terror aktı bir baxımdan Yeni il əleyhinə kampaniyanı daha da qızışdırıb. Radikal dindarlar qətliamı dəstəkləyən fikirlər səsləndiriblər. Sosial şəbəkədə isə ciddi fikri qarşıdurması, ittihamlar yayılıb.
Image result for Reinada terör
Ötən gün məlum olub ki, İstanbul Cümhuriyyət Prokurorluğu “Reina” terrorundan sonra sosial mediada bu hadisəyə sevinənlər haqqında “xalqı kin və düşmənçiliyə təhrik və ya aşağılama” ittihamı ilə cinayət işi başlayıb. “Hürriyet” qəzetinin məlumatına görə, artıq 20-dək sosial media hesabı istintaqa cəlb olunub və araşdırılıb. Cinayət tərkibli fikirlər paylaşanlar haqqında həbs qərarı çıxarılıb, bir neçə nəfər isə artıq saxlanılıb.
Yenə də İŞİD…
Qeyd edək ki, mediada yer alan məlumatlara əsasən, istintaq “Reina” terrorçusunun İŞİD üzvü olduğunu müəyyən edib. Məlumatlarda terrorçunun “xüsusi təlim” almış, peşəkar olduğu qeyd edilir. Belə ki, istintaq mütəxəssisləri kameradakı görüntülərə əsasən, terrorçuya 3 saatlıq məsafə qədər yaxınlaşsa da, sonradan onun izi itib və ya ən azı artıq bilgilər yoxdur. Hələlik istintaq yalnız onun hücumdan əvvəl olduğu evi müəyyən edib.
“Sözcü” qəzetinin məlumatına əsasən, hazırda qatilin həbs olunması ilə əlaqədar Terrorla Mübarizə Şöbəsinin əməkdaşları ilə yanaşı, 600 polis cəlb olunub. İstintaqın ehtimalına görə, terrordan dərhal sonra sosial mediaya sızdırılmış bəzi məlumatlar məhz terrorçunun izinin itirilməsi məqsədi daşıyıb. Məsələ ondadır ki, İŞİD-ə yaxın media və sosial şəbəkə hesabları isə “Xorasani” adlandırılan terrorçunun artıq Türkiyədən qaçdığı ilə bağlı xəbərlər yayıb. Hazırda Türkiyə polisi və istintaq həm də sosial media və internet saytlarındakı terrorçu ilə bağlı xəbərləri izləməyə alıb. O cümlədən terrorçunun fotoları və selfisinin sosial mediaya necə və hansı yolla düşməsi, bu iz azdırma işinin mənbələri araşdırılır. Çox güman ki, istintaq bununla terrorçunun bağlı olduğu mənbələri müəyyən etməyə çalışır.
Bundan başqa, Türkiyə polisi ölkə ərazisində İŞİD hücrələri olaraq bilinən evlərə əməliyyat təşkil edib. Zeytunburnu, Başakşehir və Silivridə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 24 nəfər şübhəli həbs olunub.

Image result for Reinada terör

Terrorçu amerikalı olub?
Bu arada Türkiyə mediasında “Reina” terrorçularından birinin barda yaralanan Jakob Raak olduğu ilə bağlı iddia ortaya atılıb. İddialara görə, yaralılar arasında olan amerikalı Jakob xəstəxanadan buraxılıb və Amerikaya göndərilib. Ancaq xəstəxanadan çıxarılıb Amerikaya yola salınan Jakobun hərəkətləri və rahat davranışları Türkiyədə şübhə ilə qarşılanıb. Pensilvaniya ştatının Chadds Ford qəsəbəsində doğulub böyüyən 35 yaşlı Ceykobun (Jakob) hazırda o qəsəbədə yaşadığı və kiçik bir şirkətinin olduğu bilinir. Maraqlıdır ki, xəstəxanadan çıxarkən onun şapkasında “quiet storm” yazısı olub. İddialara görə, bu ifadə ABŞ Quru Qoşunları Kəşfiyyatına məlumat toplayan şirkətin proqramının adıdır. Ancaq iddialara görə, bu nişan hərbi məhsul istehsal edən firmaya məxsus imiş. O da məlum olub ki, Raak hərbi məktəbdə təhsil alıb. Onun dəniz piyadası olduğu və Pensilvaniyada bir silah firmasında çalışdığı bildirilir. Maraqlıdır ki, onun İstanbula getməsi ilə bağlı göstərdiyi səbəb anasının dediyi (ad günündə iştirak) söylədiyi səbəblə eyni olmayıb. Bu isə Türkiyədə şübhələrə səbəb olub…

Image result for Nuranə

Nuranə Həsənova Bakıda dəfn olundu…
İstanbulda Yeni il gecəsi baş verən terrorda ölən Nuranə Həsənova Bakıda dəfn olunub. “Qafqazinfo” xəbər verib ki, “Təzəpir” məscidində baş tutan mərasimdə mərhumun bacısı Vüsalə Həsənova da olub. O, Azərbaycanda sosial şəbəkələrdə bacısı haqda gedən müzakirələrdən təəssüfləndiyini dilə gətirib və yerli mətbuata açıqlama verməkdən imtina edib. Vüsalə Həsənova bacısının ölümü barədə danışmaqda çətinlik çəkdiyini qeyd edib: “Mənim üçün çox ağırdır. Niyə axı bu lənətəgəlmiş terrorizmlə mübarizə aparmırsız?! Niyə məhz mənim bacım ölməli idi?! Niyə o?! Mənim gözəlim… Nuranə hələ cavan, həyat dolu bir qız idi, hamıya kömək edirdi…”(musavat.com)

Həmçinin oxuyun

Qəbələ və Kürdəmir “Elbrus” raket sistemi ilə vurulub

Erməni hərbi qüvvələri Qəbələ və Kürdəmir bölgələrini hədəf alıb. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan …

Bir cavab yazın