Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Araşdırma / İŞSİZLƏR! Öz ayağınızla gedib tora düşəcəksiniz – Bu elanlara aldanmayın – VİDEO

İŞSİZLƏR! Öz ayağınızla gedib tora düşəcəksiniz – Bu elanlara aldanmayın – VİDEO

“10 manat ödəniş edin, uyğun vakansiya üzrə sizi yönləndirəcəyik”. Bu cür vədlər yəqin ki, iş axtarışında olan bir çoxlarına yaxşı tanışdır. Əvvəlcə vətəndaşlardan pul tələb edirlər, sonra isə onları müqavilə bağlanacağı ilə inandırmağa çalışırlar. 

Əlaqə yaratdığımız işə düzəltmə şirkətləri elə bizdən də pul istədilər. Təşkil edəcəkləri iş müqabilində ilkin ödəniş kimi 5 manat da istəyən oldu, 10 manat da. Müqavilənin bağlanması üçün  isə alacağımız maaşdan əlavə faiz tutulacağını bildirdilər.

Zənglərə cavab verməyib, sosial şəbəkə üzərindən işi quranlar da var. Onların isə bəziləri ilkin ödəniş kimi namizədlərdən 58 manat, bəziləri də 73 manat istəyirlər. 

İşə düzəltmə şirkətlərinin birinin rəhbəri Nigar Şeyxzadə bildirir ki, müvafiq müqavilə bağlanmadan vətəndaşdan hər hansı bir formada ödənişin tələb olmaz.

Moderator.az Xəzər TV-yə istinadən xəbər verir ki, Nigar Şeyxzadəhəmçinin deyir ki, vətəndaşlar imzaladıqları müqaviləyə də diqqət etməlidilər.Yoxsa işbazlar tərəfindən aldadıla bilərlər
Hüquqşünas Samir Qasımovun sözlərinə görə, əgər vətəndaşlara təklif olunan işlər qanunvericilik çərçivəsində həyata keçirilirsə və müvafiq əmək müqaviləsi bağlanırsa, bu zaman onlardan alınan vəsaiti qanuni hesab etmək olar. 

Hüquqşünas bildirir ki, bəzən işbazlar məsuliyyətdən yayınmaq üçün bu məbləği daha az göstərirlər. Belə olan halda namizədlər aldadıldıqları halda belə hüquq-mühafizə orqanlarına müraciət etmirlər.Samir Qasımov həmçinin deyir ki, vətəndaşlardan işədüzəlmə müqabilində 500 manatdan yuxarı ödəniş tələb olunması cinayət tərkibi daşıyır və bunu törədən şəxsləri azadlıqdan məhrumetmə cəzası gözləyir. 500 manata qədər yığılan qanunsuz ödənişlər görə isə müxtəlif məbləğdə cərimələr nəzərdə tutulub. 

https://daytube.az/embed/127560

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …