Ana səhifə / Araşdırma / “İsmayıllıya gedib parçalanmış cəsədi çıxartdıq” – Məhkəmə ifadəsi

“İsmayıllıya gedib parçalanmış cəsədi çıxartdıq” – Məhkəmə ifadəsi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisi ilə birlikdə ərini güllələyib sonra doğrayaraq basdıran Lalə Mahmudova və sevgilisi Sədi Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə 27-ci Polis Bölməsinin əməkdaşı Rəhman İsmayılov ifadə verərək deyib ki, bölməyə Kamram Mahmudovun itkin düşməsi ilə bağlı məlumat daxil olub: “Buna görə Lalə xanımı çağırıb dindirdik. Söhbət elədik, özü cinayəti səmimi etiraf etdi. Sədinin də iş yerini dedi, onu da saxladıq. Sədi də meyitin yerini dedi. İsmayıllıya gedib parçalanmış cəsədi çıxartdıq. Bölmədə Laləyə heç bir təzyiq edilmədi”.

Məhkəmə prosesi oktyabrın 24-də davam etdiriləcək.

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın