Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / İslamın baldızı əməliyyat zamanı öldü

İslamın baldızı əməliyyat zamanı öldü

Tanınmış aktyor İslam Mehrəliyevin baldızı Fatma Nağıyeva vəfat edib. 

“Qafqazinfo” xəbər verir ki, Musiqili Teatrın kostyum şöbəsinin əməkdaşı əməliyyat zamanı dünyasını dəyişib.

35 yaşlı Nağıyevanın qaraciyəri sıradan çıxıb və o, həyatını itirib.

“Qafqazinfo” mövzu ilə bağlı İslam Mehrəliyevlə əlaqə saxlayıb. Aktyor bildirib ki, baldızının əməliyyatı zamanı qaraciyərində gizli proses gedib:

“Dəqiq hansı klinikada əməliyyat olunduğunu bilmirdik. Çünki ciddi bir xəstəliyi yox idi. Yüngülvari əməliyyat olunacaqdı. Birdən- birə qanı azalıb, halı pisləşib, qan köçürüblər. Daha sonra gecə xəbər gəldi ki, keçinib. Özümüz şoka düşdük, hadisə dünən səhərə yaxın olub.

Həkim səhlənkarlığının olması barədə dəqiq məlumatım yoxdu. Əməliyyat zamanı qaraciyərində gizli proses gedib, hadisə bundan sonra baş verib”.

Qeyd edək ki, ilk dəfə məlumatı milli.az saytı yayıb.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın