Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / İşdən gec gəldiyinə görə öldürülən Nigar… – Foto

İşdən gec gəldiyinə görə öldürülən Nigar… – Foto

Xəbər verdiyimiz kimi, 2 gün öncə Bakı şəhər sakini 31 yaşlı Anar Məsimov bacısı 32 yaşlı Nigar Məsimovanı qətlə yetirib.

“Qafqazinfo” xəbər verir ki, onlar arasındakı mübahisə bacının işdən evə gec qayıtması üstündə yaranıb. Anar Məsimov mətbəx bıçağı ilə qadına bir neçə zərbə vurub və o, ağır xəsarətlərdən hadisə yerində keçinib.

Amma Nigar Məsimovanın yaxınlarının sözlərinə görə, o, işdən hər gün 8-də gəlirmiş və qətli törədən Anar Məsimov psixi xəstəlikdən əziyyət çəkir.

Hadisədən sonra evi tərk edən Məsimov Yasamal rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.

Öldürülən Nigar Məsimovanın fotolarını təqdim edirik:

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın