Cümə axşamı , İyun 4 2020
Ana səhifə / Araşdırma / İşdən çıxarılan icra başçısının oğlunun oteli, şadlıq sarayı… – SƏNƏD

İşdən çıxarılan icra başçısının oğlunun oteli, şadlıq sarayı… – SƏNƏD

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Nazim İsmayılovun oğlu Anar İsmayılov şirkət rəhbəri imiş.

Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

C.Həsənli qeyd edib ki, A.İsmayılov “GÖYÇAY ÇİNAR-MEHMANXANA” AÇIQ SƏHMDAR CƏMİYYƏTİnin təsisçisidir: “Şirkət 1998-ci ilin iyunun 24-də 30320.00 AZN nizamnamə kapitalı ilə Göyçaydakı “Çinar” otelinin yerləşdiyi ünvanda qeydiyyatdan keçib. Şirkətin qanuni təmsilçisi SİYAVUŞ ABBASOV VAHİD OĞLUdur. Anar İsmayilov Göyçayda eyni adda şadlıq sarayının da sahibidir”. Fotoları təqdim edirik

Həmçinin oxuyun

Xalça satdığı iddia olunan səfirin əmlakı üzə çıxdı – FOTO

“Mətbuatdan məlum olduğu kimi 3 il bundan əvvəl İsveçrəyə səfir təyin olunan Xanım İbrahimova həmin …