Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / İş adamının oğlu “Range Rover”lə qəzaya düşdü – 1 ağır yaralı

İş adamının oğlu “Range Rover”lə qəzaya düşdü – 1 ağır yaralı

Ötən gecə Şamaxı rayonunda ağır yol qəzası baş verib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, sonu 009-la bitən qara rəngli “Range Rover” markalı avtomaşının sürücüsü Mustafa İsmayılov idarəetməni itirərək qəzaya uğrayıb.

Onun Gəncə istiqamətindən gəldiyi xəbər verilir.

Qəza nəticəsində avtomobildə olan xanım sərnişin ağır xəsarət alıb və Bakıdakı klinikaların birinə yerləşdirilib.

Məlumata görə, Mustafa İsmayılovun atası Azərbaycanda və Rusiyada tanınmış iş adamıdır.

Hadisənin ictimaiyyətdən gizlədildiyi bildirilir.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın