Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / İş adamının oğlu 3 manata görə öldürül

İş adamının oğlu 3 manata görə öldürül

İyulun 10-da Masallıda baş verən qətlin bəzi detalları açıqlanıb. Axar.az-a yerli mənbədən verilən xəbərə görə, Sərçuvar kəndi ərazisində törədilən cinayətdə iştirak edənər Xıl kəndinin sakinləri olub. Qətli törədən 1976-cı il təvəllüdlü Rövşən Əhmədağa oğlu Zamanov həbs olunub.

O, yanacaqdoldurma məntəqəsi sahibinin oğlu, 1999-cu il təvəllüdlü Həmid Bayram oğlu Məmmədovu ürəyindən bıçaqlayıb. Gənc oğlan aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib. R.Zamanov və bir neçə dostu yanacaq almaq üçün məntəqəyə gəlib. Onlar maşına 3 manatlıq yanacaq vurduqdan sonra ödəniş etmək istəməyiblər. Bu zaman mübahisə düşüb.

Nəhayət, onlar pulu ödəyərək ərazidən uzaqlaşıblar. Lakin gecə 01:30 radələrində R.Zamanov dostları ilə birgə yenidən məntəqəyə əvvəlki mübahisəni həll etməyə qayıdıb. Bu zaman məntəqə müdirinin oğlu Həmid Məmmədov da ərazidə olub. Başlayan mübahisə və dava zamanı R.Zamanov gənci ürəyindən bıçaqlayaraq öldürüb. Faktla bağlı Masallı Rayon Prokurorluğunda cinayət içi açılıb. Araşdırma aparılır.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın