Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / İş adamının həbs müddəti 3 ay uzadıldı

İş adamının həbs müddəti 3 ay uzadıldı

Nərimanov Rayon Məhkəməsində “City Developer” MMC-nin direktoru Ratmir Bəkirov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Turqay Hüseynov sədrlik edib. Prosesdə iş adamı barəsində həbs qətimkan tədbirinin müddəti üç ay artırılıb.

Qeyd edək ki, Ratmir Bəkirov 2015-ci ildə saxlanılıb. Onun “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə təxminən 50 milyon dollar borcunun olduğu bildirilir. R.Bəkirov barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, R.Bəkirov fəaliyyətini dayandırmış “Simurq” klubunun prezidenti Anar Bəkirovun atasıdır.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın