Ana səhifə / Araşdırma / İş adamının baş dərisini soyan “qanuni oğru” tutuldu

İş adamının baş dərisini soyan “qanuni oğru” tutuldu

Rusiya polisi federal axtarışda olan 50 yaşlı “qanuni oğru”nu tutub.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Şalva Çxenkelinin bir bağ evində gizləndiyi, az adamla ünsiyyət saxladığı və evi, demək olar ki, tərk etmədiyi məlum olub.

Qeyd edək ki, Şalva ortağı – “qanuni oğru” İqor Qlaznevin 2012-ci ildə məhkəmə hökmü ilə 12 il azadlıqdan məhrumetmə cəzası aldığı iş üzrə hələ 2011-ci ildən axtarışda olub.

Hər iki şəxs əlbir olaraq dükan sahibinin mülkiyyət hüququnu əlindən almaq üçün ona qarşı zorakılıq tətbiq ediblər. Baş dərisi soyulmuş sahibkar ağrının şokundan dünyasını dəyişmişdi.

Çxenkelinin sözlərinə görə, bu vaxta qədər Ukraynada gizlənib və yaxınlarda Rusiyaya qayıdıb. Rusiyaya qayıtmağa cəsarət etməsini isə Daxili İşlər Nazirliyindəki bəzi adamlardan bu işin bağlanacağına dair vədlər alması ilə izah edib.

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın