Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / İş adamı məhkəmədə bəraət aldı

İş adamı məhkəmədə bəraət aldı

Bu gün Xətai Rayon Məhkəməsində vergidən yayınmaqda ittiham olunan Ağakərim Əkbərovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Virtualaz.org saytının xəbərinə görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Məhkəmənin qərarı ilə A.Əkbərovun barəsində bəraət hökmü çıxarılıb.

Qeyd edək ki, iş adamı olan A.Əkbərov paytaxtda çoxmərtəbəli binaların tikintisi ilə məşğul olub. O, 416 min manat vergidən yayınmaqda təqsirli bilinərək, həbs edilib. Sonradan məhkəmə A.Əkbərovun barəsində ev dustaqlığı qətimkan tədbiri seçib.

O, Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın