Şənbə , Yanvar 23 2021
Ana səhifə / Araşdırma / İri ranqlı məmurların qohumu olan tanınmış iş adamı niyə həbs edilib ?- VİDEO

İri ranqlı məmurların qohumu olan tanınmış iş adamı niyə həbs edilib ?- VİDEO

Azinforum.az saytı olaraq, Azərbaycanın tanınmış iş adamlarından olan Şahin Hüseynlinin həbsi barədə məlumat vermişdik. Qeyd edək ki, Şahin Hüseynli “Şahin” şirkətlər qrupunun , eyni zamanda, Bakının məşhur restoran və əyləncə məkanları kimi tanınan – “Kənd Süfrəsi” və “Kartinq” restoranlarının sahibidir. Şahinın atası  Rabil Hüseynov “Bakı Şərab-2” ASC-nin rəhbəridir.  Həbs edilən iş adamıını bir neçə iri çaplı məmurlarla da yaxın qohumluq əlaqəsinin movcud olduğu bildirilir.  Qeyd edək ki,  Şahin Hüseynlinin işi hazırda  Xəzər Rayon Məhkəməsinin hakimi Zeynəb Axundovanın icraatındadır.  Xuliqanlıqda təqsirləndirilən iş adamı barədə  dövlət ittihamçısı 5 il azadlıqdan mərhum etmə cəzasının təyin olunmasını istəyib. Yanvarın 22-də Şahin Hüseynliyə hökm oxunacağı gözlənilir.  Ətraflı məlumatla təqdim etdiyimiz videomateraldan tanış ola bilərsiniz.

Niftulla QÜDRƏTOĞLU

Azinforum.az

Həmçinin oxuyun

Əhmədzadənin kadırları bir gündə milyonluq müqavilələr bağladı – Tender əməliyyatı

Salyan Suvarma Sistemləri İdarəsi bir gündə 5 tenderlə bağlı ümumi dəyəri 1 milyon 285 min …