Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / İraqda azərbaycanlı qadın və onun beş uşağı öldürüldü

İraqda azərbaycanlı qadın və onun beş uşağı öldürüldü

İraqda İŞİD və İraq ordusu arasındakı döyüşlərin gedişatında azərbaycanlı qadın və onun beş uşağı öldürülüb.

Azinforum.az  virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda sosial şəbəkələrdən birindəki səhifəsində həlak olmuş qadının bacısı İren Abdullayeva bildirib. Öldürülənlərin meyitləri dəfn olunmaları üçün Bakıya gətirilib. Almaniyada yaşayan İ.Abdullayeva ürək ağrısı ilə yazıb ki, insanlar adətən öz vətəninə yaxınlarını görmək üçün gedirlər, amma o, onları dəfn etmək üçün…

Baş verən dəhşətli hadisəyə görə, o, radikal islamçıları ittiham edib. Həlak olmuş qadın və onun uşaqları üç il imiş ki, İraqda yaşayırlarmış. Və nəticədə belə faciəli son.

Qeyd edək ki, bu, azərbaycanlı qadınların İraqda və Suriyada öz uşaqları ilə birlikdə həlak olduqları ilk hadisə deyil. Məsələn, bir neçə ay əvvəl məlumat yayıləb ki, Suriyada İŞİD döyüşçülərinin hücumu zamanı azərbaycanlı qadın və onun iki uşağı öldürülüb.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın