Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Araşdırma / İraq vətəndaşı Hüseynbala Mirələmovun əməllərindən Prezidentə şikayət etdi-VİDEO

İraq vətəndaşı Hüseynbala Mirələmovun əməllərindən Prezidentə şikayət etdi-VİDEO

Fadhil Nairooz Abed Abed – İraq Respublikası Vətəndaşı ((İraq vətəndaşı)P İRQ A9483298, 31.03.2015 – Baghdad), Amjed Mohammed Abed Msaaara – İraq Respublikası Vətəndaşı ((İraq vətəndaşı)P İRQ A 9966689, 21.06.2015 – Baghdad) tərəfindən “XƏBƏRFAKT.Az”-ın redaksiyasına Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarına ünvanlanmış müraciət daxil olmuşdur.

İraq Respublikası vətəndaşları Fadhil Nairooz Abed Abed və Amjed Mohammed Abed Msaaara Dövlət başçısını 11 aprel 2018-ci il tarixdə keçirilmiş Prezident seçkilərində inamlı qələbəsi münasibəti ilə təbrik etdikdən sonra,Azərbaycan Respublikası Milli Məclisinin deputatı Hüseynbala Mirələmov tərəfindən aldadıqlarını bildirirlər.

Redaksiyamıza təqdim edilmiş İcarə müqaviləsindən görünür ki, İraq Respublikası vətəndaşları Fadhil Nairooz Abed Abed və Amjed Mohammed Abed Msaaara 2017-ci ilin iyun ayında Bakı şəhəri Səbail rayonu, Salyan şossesi11-ci km 17 ünvanında yerləşən, ümumi sahəsi 1191,6 kv.m olan, “Min bir gecə” istirahət mərkəzini, Azərbaycanda turizmin inkişafına dəstək məqsədilə, Mirələmov Rauf Hüseynbala oğlu ilə notarial qayda icarə müqaviləsi bağlayaraq icarəyə götürmüşdülər.

İcarə müqaviləsi Bakı şəhəri 6 saylı notariat kontorunda reyestrdə 3M-1044 nömrə ilə qeyd edilmiş, tərəflər arasında vəzifələr və öhdəliklər şərtləndirilərək təsdiq edilmişdir.

İcarə müqaviləsinin 3-cü bəndinə görə – İcarə müddəti 01.06.2019 il tarixədək müəyyən edilir və onun bitməsinə 1 (bir) ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1 (bir) il müddətinə uzadılmış hesab edilir.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarına edilmiş müraicətdən isə görünür ki, 01.04.2018-ci il tarixdən icarəçilər “Min bir gecə” istirahət mərkəzinə buraxılmırlar. Müraciətdə bildirilir – “Biz həmişəki qayada “Min bir gecə” istirahət mərkəzinə gəldikdə deputat H.Mirələmovun köməkçisi Elşən adlı şəxs mənə bildirdi ki, Mirələmov mənə tapşırıb ki, onları içəri buraxma, “obyekti” başqa adama icarəyə vermişik və sizinlə olan müqaviləni ləğv etmişik”.

Hüquqşünas olmasaq da, “8. – Müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir”, müqavilənin bir tərəfli qaydada ləğv edilməsinin qaydası aydın şəkildə görə bilirik.

Bu yerdə diqqətinizə onu da çatdıraq ki, dəyərli oxucularımız “Xəbərfakt.Az”-ın redaksiyasına daxil olmuş bu müraciəti KİV haqqında və digər qanununvericilik aktlarının tələblərinə uyğun olaraq araşdırmaq məqsədilə 24 aprel 2018-ci il tarixdə Milli Məclisin deputatı Hüseynbala Mirələmovla əlaqəyə saxlayıb münasibətini öyrənmək istədikdə “müəllim” 1-2 saata özüm sizinlə əlaqə saxlayacağını bildirdi. Lakin 25.04.2018-ci il tarixdə Hüseynbala Mirələmovun Elşən adlı şəxs telefon əlaqəsi saxlayaraq bildirdi ki, bəli müqavilə bizim tərəfdən ləğv edilib. Müqavilənin ləğv edilməsinin əsas səbəbi isə icrəçilərin icarəyə verilmiş istirahət mərkəzini sğorta etdirməmələridir. Köməkçi onu da bildirdi ki, müqavilənin ləğv edilməsi ilə bağlı digər icarəçi Rəşad Qasımov şifahi olaraq məlumatlandırılmışdır.

Bizim İcarə müqaviləsinin tələbinə görə tərəfləri bir ay qabaq yazılı şəkildə məlumatlandırmalısınız sualınatəkrar olaraq bildirdi ki, onlar şifahi şəkildə məlumatlandırılıblar.

İcarə müqaviləsindən göründüyü kimi 6 saylı notariat kontorunda reyestrdə 3M-1044 nömrə ilə qeyd edilmiş 01.06.20117-ci il tarixli İcarə müqaviləsini Mirələmov Rauf Hüseynbala oğlunun adından Bakı şəhəri 5 saylı dövlət notariat kontorunda 24.07.2007-ci il tarixdə verilmiş 16467 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi (atası) Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mirələmov Hüseynbala Fazil oğlu imzalamışdır.

Milli Məclisin deputatı Konstitusiyanın 89-cu maddəsinin 1-ci hissəsinin 4-cü bəndinə görə, Milli Məclisin deputatı başqa ödənişli fəaliyyətlə, o cümlədən kommersiya fəaliyyətiləməşğul ola bilməz tələbinə hələlik toxunmayıb, deputatın müqavilə şərtlərini kobud şəkildə pozması halına öz münasibətimizi bildirmək istərdik.

Belə ki, məsələdən aydın olur ki, Hüseynbala Mirələmov Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. Milli Məclis isə bildiyimiz kimi qanunverici orqandır. Adi bir İcarə müqaviləsinin şərtlərinin qanuna uyğunluğunu kobud şəkildə pozan deputat ölkə həyatında mühüm əhəmiyyət kəsb edən qanunların qəbuluna necə səs verəcək?…

Ardı var.

Növbəti sayımızda:

Bakı şəhəri Səbail rayonu, Salyan şossesi 11-ci km 17 ünvanında yerləşən, ümumi sahəsi 1191,6 kv.m olan, “Min bir gecə” istirahət mərkəzinin sahibi Mirələmov Rauf Hüseynbala oğlukimdir?

Azərbaycan Respublikası Milli Məclisinin deputatının biznes fəaliyyəti ilə məşğul olmasının hüquqi əsasları və nəticələri barədə.

Azərbaycan Respublikası ilə İraq Respublikası arasında diplomatik münasibətlərə,Azərbaycan-İraq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyətinə deputat Hüseynbala Mirələmov qanunsuz əməlləri nəticəsində kölgə salmaqda məqsədi nədir?

P.S Azərbaycan Respublikası ilə İraq Respublikası arasında isti diplomatik münasibətlər olduğu bir zamanda,Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-İraq parlamentlərarası əlaqələr üzrə işçi qrupu uğurla fəaliyyət göstərdiyi dönəmdə Milli Məclisin deputatı  Hüseynbala Mirələmovun ölkə Başçısının xarici siyasətinə kölgə salmağı heç başa düşülən deyil.

“Xəbərfakt.Az”

 

Fadhil Nairooz Abed Abed – İraq Respublikası Vətəndaşı ((İraq vətəndaşı)P İRQ A9483298, 31.03.2015 – Baghdad)

Amjed Mohammed Abed Msaaara – İraq Respublikası Vətəndaşı ((İraq vətəndaşı)P İRQ A 9966689, 21.06.2015 – Baghdad) tərəfindən

Həmçinin oxuyun

Yoluxanların sayı yenə artdı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3712 yeni yoluxma faktı qeydə alınıb, 1359 nəfər müalicə olunaraq …