Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / İranda moda işçiləri “fahişəliyin təbliği”nə görə həbs ediliblər

İranda moda işçiləri “fahişəliyin təbliği”nə görə həbs ediliblər

İranda dəb sahəsində fəaliyyət göstərən 12 nəfərin İnternetdə fotolar paylaşdıqdan sonra “fahişəliyin təbliği”nə görə həbs edildiyi deyilir.
Modern.az saytı “BBC Azərbaycanca”ya istinadən xəbər verir ki. Şiraz məhkəməsi 8 qadın və 4 kişiyə 5 aydan 6 ilədək həbs cəzası verib.

“Onlara həmçinin həbsdən sonra dəb sahəsində çalışmaq və xaricə səyahət etmək qadağan edilib”, – deyə vəkil Mahmoud Taravat söyləyib.
O əlavə edib ki, müştəriləri ittihamlardan narazıdır və appelyasiya şikayət verməyi planlaşdırırlar.
12 nəfər “Qərbin çılpaqlıq mədəniyyət üsulunu” yaymaq və dəb şouları təşkil etməklə, müsəlmanları özlərini pozmağa təhrik etməklə açıq-saçıq fotoların onlayn paylaşılması ilə, fahişəlik və pozğunluğun təbliği ittihamı ilə həbs ediliblər.
Cənab Taravat müsahibəsində həbs edilmiş şəxslərin adlarını çəkməyib.
O əlavə edib ki, kişilərdən birinə 6 il həbs cəzası verilib və ona azadlığa çıxdıqdan sonra 2 il müddətinə jurnalistikada və dövlət işlərində çalışmaq qadağan edilib; Bir qadın və kişi 5 il həbs cəzası alıb və onlara dəb sahəsində çalışmaq qadağan edilib; bir kişi isə iki illiyə həbs olunub və fotoqrafiya sahəsində çalışmaq qadağası qoyulub.
Bu ilin əvvəlində İran məhkəməsi dəb modellərinə qarşı “İslama zidd” davranışa görə şiddətli təzyiqlərə başlayıb.
Bu ilin mayında Tehranın kiber cinayət məhkəməsi 8 nəfəri sosial mediada qadınların örtüksüz fotolarının paylaşılmasına görə həbs edib.
İran qanunvericiliyinə görə bütün qadınlar ictimai yerlərdə örtük geyinməlidirlər.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın