Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / İrana casusluqda ittihma olunanların apellyasiya şikayəti təmin edilmədi – FOTO

İrana casusluqda ittihma olunanların apellyasiya şikayəti təmin edilmədi – FOTO

Bakı Apellyasiya Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən Hafiz Vəliyev və Ağamir Ağamirovun apellyasiya şikayətləri üzrə məhkəmə prosesi başa çatıb.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Mirzəli Abbasov sədrlik edib. Məhkəmə onların şikayətlərini təmin etməyib.

Qeyd edək ki, H.Vəliyev və A.Ağamirov İran xüsusi xidmət orqanları ilə əməkdaşlıqda təqsirləndirilir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs ömürlük olaraq azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan şəxslər apellyasiya şikayəti veriblər.

Onlar Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunurlar.

 

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın