Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Araşdırma / İrəvan Bakıya görə korona xəstələrinin sayını gizlədir – İLGİNC

İrəvan Bakıya görə korona xəstələrinin sayını gizlədir – İLGİNC

Qonşu ölkələrlə münaqişə şəraitində olan Ermənistan koronavirusla bağlı vəziyyəti saxtalaşdırmağa məcburdur.

Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı siyasi ekspert Denis Korkodinov deyib. Onun sözlərinə görə, koronavirusla bağlı obyektiv informasiya Ermənistanın potensial düşmənləri tərəfindən hücum üçün real bəhanə kimi istifadə edilə bilər:

“Bununla bağlı Ermənistan Baş naziri Nikol Paşinyan və onun ətrafı ilk növbədə dövlət təhlükəsizliyi üçün beynəlxalq ictimaiyyətin neqativ epidemioloji situasiya haqqında doğru məlumatları əldə etməsində maraqlı deyil. Bununla bərabər, Ermənistan həqiqəti gizlədərək, bu gün koronavirusun yayıldığı Yəmən, Suriya və İraq kimi ölkələrdən fərqlənmir. Məsələn, Yəmən Ali Siyasi Şurasının liderləri bilərəkdən koronavirusla bağlı informasiyanı gizlədir ki, bundan koalisiya qüvvələri husilərə genişmiqyaslı hücumlar üçün istifadə etməsin. Yekunda Ümumdünya Səhiyyə Təşkilatı üçün koronavirusun Yəmənə toxunmadığı görüntüsü yaradılır. Beləliklə, erməni rəhbərliyinin real epidemioloji vəziyyət barədə informasiyanı gizlətməsində qeyri-adi heç nə yoxdur. İrəvan Bakının bu informasiyanı Qarabağı azad etməklə bağlı şəxsi planlarını reallaşdırmaq üçün istifadə edəcəyindən qorxur”.

Qeyd edək ki, “COVİD-19 Ermənistan” qrupu keçirdiyi mətbuat konfransında Paşinyan hökumətini koronavirusdan baş verən ölümləri gizlətməkdə suçlamış və faktlar təqdim etmişdi.

Həmçinin oxuyun

Qarabağ savaşı: 1 aylıq Vətən Müharibəsinin yaratdığı REALLIQLAR

Bu gün Vətən Müharibəsinin başlanmasından 1 ay ötür. Sentyabrın 27-dən etibarən Azərbaycan Ordusunun həyata keçirdiyi …