Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / İntiqam Əliyev azadlığa buraxıldı (FOTOLAR, Yenilənib)

İntiqam Əliyev azadlığa buraxıldı (FOTOLAR, Yenilənib)

Baş prokuror Zakir Qaralovun Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev barəsində Ali Məhkəmənin Plenumuna verdiyi protest əsasında məhkəmə prosesi keçirilib. 
Musavat.com-un əməkdaşı Cavanşir Abbaslı xəbər verir ki, məhkəmə binası önünə vətəndaş cəmiyyətinin çoxsaylı nümayəndələri, media təmsilçiləri, siyasi partiyaların üzvləri və hüquq müdafiəçisinin yaxınları toplaşıblar. Məhkəmə zalına heç kim buraxılmayıb.
Zakir Qaralovun protestini baş prokurorun müavini Namiq Əsgərov müdafiə edib.
Ali Məhkəmənin qərarı ilə hüquq müdafiəçisinin cəzası 5 il şərti cəza ilə əvəzlənib. Məhkəmənin qərarına əsasən, İntiqam Əliyev dərhal azadlığa buraxılmalıdır.
Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla İntiqam Əliyevin barəsində olan cəza şərti hesab olunub və onun barəsində 5 il şərti cəza müəyyən edilməklə azadlığa buraxılması barədə qərar qəbul edilib.
İ. Əliyev prosesdə iştirak etməyib.
İntiqam Əliyevin vəkili Cavad Cavadov bildirib ki, müdafiə etdiyi şəxsə bəraət verilməsini istəyirlər və bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət olunacaq.
Xatırladaq ki,baş prokuror Zakir Qaralov Hüquq Maarifçiliyi Cəmiyyətinin həbsdə olan sədri İntiqam Əliyevə təyin olunan cəzanın ağır olmasına dair əlavə kassasiya protesti ilə Ali Məhkəməyə müraciət edib.
İntiqam Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirli bilinir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İntiqam Əliyev 3 il hər hansı vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayəti təmin edilməyib. Bundan sonra İ. Əliyev kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.











 

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın