Türkiyənin Mersin şəhərində körpüyə çıxan 26 yaşlı qadın polislə danışıqlardan sonra intihar fikrindən daşınıb.
“Qafqazinfo” Türkiyə mətbuatına istiadən xəbər verir ki, ölmək istədiyini deyən qadını 30 dəqiqə davam edən danışıqdan sonra fikrindən daşındırmaq mümkün olub.
Həyat yoldaşı 3 ildir həbsxanada olduğu üçün uşağı ilə yaxınlarında qalır.
Qadın bir çox dövlət qurumlarına ev üçün müraciət etdiyini ancaq kömək edənin olmadığını bildirib.