Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Araşdırma / İntihar etmiş 32 yaşlı Bakı sakininin vida məktubu

İntihar etmiş 32 yaşlı Bakı sakininin vida məktubu

Maddi imkansızlıq növbəti dəfə insan faciəsinə səbəb olub. Bakının Səbail rayonunda 32 yaşlı kişi özünə qəsd edib. Bu barədə “Sputnik Azərbaycan” Səbail rayon prokurorluğundakı mənbəyə istinadən yazıb.

Məmmədov Elvir Azər oğlu Salyan şosesində yerləşən evində özünü asıb. İntihar hadisəsi günorta saatlarında baş verib. İlkin araşdırma zamanı intiharın səbəbi məlum olub. Məmmədovun böyük məbləğdə borcu var imiş. Bu səbəbdən iki uşaq atası olan Məmmədov yarım il əvvəl həyat yoldaşından boşanıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində Məmmədovun intihardan əvvəl yazdığı və həyatdan getmək qərarının səbəbini açıqladığı məktubu tapıblar: “Mən xoşbəxtəm, çünki bundan sonra heç kəs məndən pul istəməyəcək”.

Məlumata görə, Məmmədov özünə qəsdi boşandıqdan sonra yaşadığı bir tanışının evində gerçəkləşdirib. Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Gəncəyə atılan ballistik raketlərin növü açıqlandı – Fotolar

“ANAMA-nın məlumatına görə, Gəncəyə atılan raketlər SKAD/Elbrus əməliyyat-taktik ballistik raketidir”. “ Azinforum.az ” xəbər verir ki, …

Bir cavab yazın