Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / İntihar edənlər İsmayıl Allahverdiyevin arvadı və qızıdır

İntihar edənlər İsmayıl Allahverdiyevin arvadı və qızıdır

Bakı Şəhər Prokurorluğu ana ilə qızının intiharı ilə bağlı məlumat yayıb.

“Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, bu gün paytaxtın Yasamal rayonu, Dadaş Bünyatzadə küçəsində yerləşən yaşayış binalarının birində 10-cu mərtəbədə yerləşən mənzildə yaşayan 1964-cü il təvəllüdlü Allahverdiyeva Rübabə və sonuncunun qızı 1990-cı il təvəllüdlü Mahmudova Xədicənin  özlərini yaşadıqları mənzilin pəncərəsindən yerə ataraq intihar etmələri faktı üzrə Yasamal rayon prokurorluğunda Azərbaycan CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə məhkəmə-tibb ekspertizaları təyin edilmiş və hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

***

Hüquq-mühafizə orqanlarından “Qafqazinfo”ya verilən məlumata görə, intihar edən R.Allahverdiyeva “Respublika” qəzetinin baş redaktorunun müavini İsmayıl Allahverdiyevin həyat yoldaşı, X.Mahmudova isə qızıdır.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …