Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / İnstituta düzəltmək adı ilə 36 min aldı – Zərərçəkənlər məhkəmədə

İnstituta düzəltmək adı ilə 36 min aldı – Zərərçəkənlər məhkəmədə

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 10-a yaxın şəxsdən övladlarını ali məktəbə düzəltmək adı ilə pul almaqda təqsirləndirilən şəxsin məhkəmə iclası keçirilib.

Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə baxış iclası olub.

Dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama əsasən təqsirləndirilən Mətanət Niftəliyeva 2010-cı ildə Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə məhkum olunub.

M.Niftəliyeva 2013-2014-cü illər ərzində 10-a yaxın şəxsə övladlarını ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul etdirəcəyini söz verərək külli miqdarda pul alıb. K.Niftəliyeva zərərçəkmişlərdən ümumilikdə 36 min 100 manat alıb. Sonra isə abituriyent valideynləri Mətanəti tapa bilməyiblər.

Zərərçəkmiş Xanış Abdullayev məhkəmədə ifadəsində bildirib ki, onu Mətanət ilə Qəbələ Rayon Təhsil Şöbəsinin əməkdaşı Aqil adlı şəxs tanış edib: “Aqil dedi ki, belə bir qadın var, uşağı instututa düzəldə bilir, yaxşı əlaqələri var. Aqillə bir yerdə Bakıya gəlib bu xanımla görüşdük, yoldaşı da yanında idi. Danışdıq, mən çıxarıb 3 min manat pulu stolun üstünə qoydum. Xanım Aqilə dedi ki, pulu götür say. Aqil də sayıb gördü ki, düzdü. Aqil pulu Mətanət xanıma verdi, o da çantasına qoydu. Mənə dedi ki, ən tez vaxtda düzələcək. Bir müddət keçdi xəbər çıxmadı. Sonra mən bu xanıma yalvarırdım ki, pulumu qaytarsın”.

Digər zərərçəkən Səxavət Şahvəddinov da bildirib ki, onları Aqil tanış edib: “Aqil dedi ki, xanım TQDK-da işləyir. Mən də pulu poçtla göndərdim, 2200 manat pul verdim”.

Mətanət Niftəliyeva bildirib ki, pulu iş yoldaşı, akademiyada işləyən Faiq Bağırovun adına göndərib: “Həmin pul təhsil haqqı olaraq ödənildi. Səxavət müəllimin uşağının adı Samarada instututda gedir. Gələn il İqtisad Universitetinə “perevod” olacaq. Sadəcə bunların xəbəri yoxdu. Burada bir şikayətçi var, o da Xanış müəllimdi. Bunları da o yığıb gətirib”.

Digər zərərçəkənlər də oxşar formada ifadə verib, onlara dəyən maddi ziyanın ödənilməsini tələb ediblər.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın