Ana səhifə / Araşdırma / İnsan beyni mədə ilə birbaşa bağlıdır – ARAŞDIRMA

İnsan beyni mədə ilə birbaşa bağlıdır – ARAŞDIRMA

İnsanın mədə-bağırsaq yolu 100 milyondan çox sinir hüceyrələrindən ibarətdir və əvvəlki tədqiqatlar təsdiq edir ki, o, 10 dəqiqə ərzində beyin ilə əlaqə yarada bilər ki, məsələn, orqanizmə nə qədər qida lazım olduğunu müəyyənləşdirsin.
Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, Dyuk universitetinin alimlərinin tədqiqatı göstərir ki, mədə-bağırsaq yolu neyron zəncir vasitəsi ilə birbaşa bağlıdır. O, bir neçə saniyədə siqnalları ötürmək imkanına malikdir.
Tədqiqatın mətnində , beyinin lüləsi ilə tez bağlılıq yaratmaq üçün bağırsaq hüceyrələrinin istifadə etdiyi yeni yollardan danışılır.
Alimlər daha əvvəlki kəşflərə istinad ediblər- 2010-ci ildə Dyuk universitetinin neyroboloqu Dieqo Borkes  heyrətamiz kəşf edib. O gördü ki,  həzmetmə yolları örtülmüş enteroendokrin özəyi  hormonlar istehsal edir, həzmi gücləndirir və aclığı üstələyir.
Tədqiqatların nəticələri göstərir ki, yemək əksər hallarda orqanizmin özünü daha yaxşı hiss etməsinə səbəb olur.
“Baxmayaraq ki, neyronlar beyindən kənarda yerləşir, onlar motivasiyanı stimullaşdırır və həzz almağı artırır”.

Həmçinin oxuyun

Riyaziyyat fənni hansı yaşa qədər tədris olunmalıdır?

ABŞ-da uşaq və gənclərə məktəbi bitirənə qədər riyaziyyat dərsi keçirlər. Ancaq New York-da incəsənət təhsili …