Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / İmtahan verdilər, nəticələri bilmədən suda boğulub öldülər – FACİƏ

İmtahan verdilər, nəticələri bilmədən suda boğulub öldülər – FACİƏ

24 iyul saat 18:00 radələrində Şamaxı şəhərinin yaxınlığındakı Şirvangöldə dəhşətli hadisə baş verib.
Şahidlərin sözlərinə görə, balıq tutarkən yeniyetmələrdən birinin ayağı sürüşərək suya yıxılıb. Yoldaşları onu xilas etməyə cəhd edib və üzməyi bacarmadıqları səbəbindən suda boğularaq ölüblər.
Ölən şəxslərin adının Bəkirov Məhəbbət Məhəmməd oğlu, Axundov Qadir Rasim oğlu və Səfərov Rövşən Siyavuş oğlu olduğu məlum olub. Onların hər birinin 1999-cu il təvəllüdlü və Şamaxı rayonu Şəhriyar qəsəbə sakinləri olduğu bildirilir.
Yeniyetmələr 23 iyul tarixində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən II və III ixtisas qrupları üzrə cari ilin məzunları üçün keçirilmiş qəbul imtahanında iştirak ediblər. Qəbul imtahanından yaxşı nəticə əldə etsələr də, sevincli anları yaşamaq onlara qismət olmayıb./faktor.az/

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın