Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / İmişlidə toydan sonra qaçan gəlin danışdı – TƏFƏRRÜAT

İmişlidə toydan sonra qaçan gəlin danışdı – TƏFƏRRÜAT

İmişli rayonunda toydan sonra yoxa çıxan gəlin tapılıb.

Bu barədə Trend-ə İmişli rayon Polis Şöbəsindən məlumat verilib.

Hadisə aprelin 15-də gecə saatlarında baş verib. Rayonun Qaradonlu kənd sakini, 1999-cu il təvəllüdlü Cəfərli Nazxanım Kazım qızı toyundan sonra yoxa çıxıb.

Aprelin 16-da valideynləri polisə ərizə yazaraq qızlarının itkin düşdüyünü bildirib. Aparılan araşdırmalar zamanı məlum olub ki, yoxa çıxan qız öz istədiyi oğlana, rayonun Rəsullu kənd sakini, 1992-ci il təvəllüdlü Xəlilov Kamran Möhübbət oğluna qoşulub qaçıb. Aprelin 16-da rayon polis şöbəsi ilə əlaqə saxlayan qız heç kim tərəfindən məcburi oğurlanmadığını, öz istəyi ilə qaçdığını təsdiqləyib. Daha sonra qızla oğlan rayon polis şöbəsinə gələrək izahat da yazıb.

Şöbədən bildiriblər ki, hazırda qızla-oğlan rayonun Rəsullu kəndində, oğlanın ata evində yaşayır.

Faktla bağlı İmişli rayon Pois Şöbəsində araşdırmalar aparılır.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın